Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Musa Şəkilyevin də həbs olunacağı deyilir...

Musa Şəkilyevin də həbs olunacağı deyilir...


17-02-2020, 08:36
Musa Şəkilyevin də həbs olunacağı deyilir...
112 saylı Qax seçki dairəsində seçki saxtakarlıqları barədə ölkə rəhbərliyinə müraciətlər daxil olmaqdadır. Hələ seçki kampaniyası dövründə bütün inzibati resursları deputat Azər Kərimlinin xeyrinə səfərbər edən Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev özü də Facebook sosial şəbəkəsində “Fira Fira” adı ilə səhifə açmış və sosial şəbəkələrdə digər namizədləri dəstəkləyən Qax sakinlərini yaxından izləyirmiş. Digər namizədləri dəstəkləyən, paylaşımlarını bəyənən qaxlılara sonradan müxtəlif təzyiqlər olunur və onları işdən çıxarmaqla hədələyirdilər. Bütün bu addımlar birbaşa icra başçısı Musa Şəkiliyevin şəxsi tapşırığı və nəzarəti ilə həyata keçirilib.

Seçki təbliğat-təşviqat kampaniyası dövründə isə Azər Kərimlinin görüşlərinə yerli dövlət müəssisələrində çalışanları zorla aparır və süni görüş təsəvvürü yaratmağa çalışırdılar ki, bu da icra başçısının tapşırığı ilə həyata keçirilib.

Ən böyük qanun pozuntusu isə seçki günü həyata keçirilib. Belə ki, seçki günü səhər tezdən xidməti kabinetində olan Musa Şəkiliyev məntəqə sədrləri ilə sıx əlaqə saxlayıb, onlara ciddi irad və tapşırıqlarını verib və namizədlərin müşahidəçiləri olmayan məntəqələrdə total saxtakarlıqların həyata keçirilməsi barədə tapşırıqlar verib. Bu səbəbdən də ucqar dağ kəndi olan Sarıbaşda seçici fəallığı süni olaraq, 90 faiz olub, Qax İngiloy kəndində isə 1 saatın içində 600 ədəd bülleten Azər Kərimlinin xeyrinə qutuya atılıb. Analoji saxtakarlıqlar digər kəndlərdə də həyata keçirilib ki, bu da birbaşa icra başçısı Musa Şəkiliyevin tapşırığı və DSK sədri Abdukərim Əliyevin təşkilatçılığı ilə baş tutub.

Ötən gün ölkə başçısı İlham Əliyevin seçkidə saxtakarlıqlara yol vermiş şəxslərin ciddi şəkildə cəzalanacağı barədə fikirlərindən sonra bir sıra rayon və şəhərin icra başçılarının həbs olunacağı gözlənilir ki, onların arasında Qaxın icra başçısı Musa Şəkilyevin də adı hallanmaqdadır.
//qax.org.az//
Geri qayıt