Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kəbirə Məmmədova vətəndaşın 20 minini mənimsədi
Kəbirə Məmmədova vətəndaşın 20 minini mənimsədi5-02-2020, 11:24 |
Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova vətəndaşın pulunu mənimsəyib. Unikal.org-a müraciət edən şikayətçi Elçin Ağabəyov bildirib ki, sözügedən ticarət mərkəzində pul ödəyib yer alsa da, ona tikilməkdə olan obyekt təhvil verilmir: "Pul verib ticarət mərkəzinin 13-cü sıra, 3-cü korpus 47-ci dükanını aldığıma dair müqavilə bağlamışam. 31 kvadrat metr sahəsi olan obyektə 18 min 600 manat pul ödəmişəm. Bundan 3000 manat qapı və açar pulu da keçirdim ki, dükanı tikib təhvil versinlər. Bugün-sabah tikiləcək deyəyərək 12 ildir ki, məni gözlədirlər. Kəbirə Məmmədovaya müraciət etmişəm. Mənim pulumu qaytarmır, bəhanə edir ki, ona pul verilməyib. Əlimdə möhürlü sənəd var. Sənədin üzərindəki möhürdə Kəbirə Məmmədovanın adı yazılıb. Aidiyyatı qurumlara müraciət etsəm də mənə kömək edilmir. Mən Kəbirə Məmmədovadan pulumu istəyirəm. Kasıb ailəm var. Qeyd etdiyim məbləğ mənim övladlarımın çörək puludur". Geri qayıt |