Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..."
"Səhiyyə nazirliyi də kampaniya xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma..."20-01-2020, 10:24 |
Kadr sahəsində ölkə başçısının başlatdığı inqilabi islahatlardan sonra düşünmək olardı ki, buna cavab olaraq nazirliklər,komitələr də nəhayət ki,hərəkətə keçəcək, öz işini günün tələbləri səviyyəsində qurmayanları görəvdən alacaqlar. Ən azından bunu dövlət başçısının siyasətinə dəstək naminə etmək lazım idi. Amma,əvəzində biz nə gördük-bir neçə aşağı strukturlarda çalışan, elə də ciddi fiqur olmayanlar “günah keçisi” kimi qurban verildi. Səhiyyə nazirliyi də “kompaniya” xatirinə bir neçə baş həkimi işdən çıxartdı, amma bu kənardan ancaq gülüş doğurdu. Belə ki, toplananların yerini dəyişəndə bu sistemdə cəm dəyişmədi. Azərbaycan səhiyyəsinin ən problemli yeri-sağalmayan metastaz verən yarası - C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu gözəgörünməz qüvvələrin sayəsində bu dəfə də öz toxunulmazlıq statusunu saxladı. İnstitutu şəxsi maraqları naminə təcrübə laborotoriyasına çevirən direktor Gülnaz Dadaşova öz fəaliyyəti ilə təkcə səhiyyə sisteminə deyil,bu sahədə böyük əməllər sahibi Mehriban xanımın da gördüyü işlərə zərbə vurur,kölgə salır. Amma nə sirdirsə yenə də bu ölkədə ondan “yaxşı” kardioloq tapılmır ki,tapılmır... Ölkənin bir nömrəli kardioloqu G.Dadaşova vəzifəyə O. Şirəliyevin təzə qudalığının “şirinliyi” oplaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Ölkədə kadr islahatları gedir. Amma kardiologiya institutunda “əsl kadrları məhv etmə” islahatları aparılır. G.Dadaşova ağına-bozuna baxmadan savadlı,illərlə təcrübə toplayaraq mütəxəssis kimi formalaşan kadrları işdən çıxarır,əvəzində isə qohum-əqrabasını, biznes maraqlarına cavab verənləri işə alır. Qanunauyğunluqdur. Kim işə necə gəlibsə elə də fəaliyyət göstərməlidir. G.Dadaşovanın gəlişindən sonra “dərman mafiyası” Kardiologiya İnstitutunda əl-qol açıb. İndi Kardiologiya İnstitutu kardioloji xəstələrə lazım olmayan bahalı dərman pereparatlarını və bioloji aktiv əlavələri təmsil edən dərman firmalarının əməkdaşlarının sevimli oylağıdır. Direktorla asanlıqla anlaşan bu firmaların məhsulları xəstələrə od qiymətinə satılır. Artıq Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. Gülnaz Dadaşovanın tibb elmində “inqilab” edən “Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işinin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır .Məlumata görə, zəif tərzdə yazılmış,plagiat olan elmi iş əvvəllər təsdiq olunmasa da sonradan hansısa yollarla “dahiyanə əsər”in də bəxti açılıb. Çox məhdud dairədə “müzakirə” olunan elmi iş təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib. Bu barədə saytımızda dəfələrlə məsələ qaldırılsa da kimsə “böyük alim”in xətrinə dəymək istəmədi. İnanırıq ki,Azərbaycan səhiyyəsinin böyük himayədarı Mehriban xanım Əliyeva tezliklə şəxsən bu məsələni diqqətdə saxlayacaq. Çünki,ötən hər gün Kardiologiya İnstitunda vəziyyəti daha da acınacaqlı edir. Bu böyük elm ocağı ömründə silah görməyən birisinin əlində partlayıcı maddəyə bənzəyir. G.Dadaşova isə artıq partlayışın qığılcımlarını alovlandırıb! Rublika.Az Geri qayıt |