Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > 3 rayonun icra başçsı çətin durumda

3 rayonun icra başçsı çətin durumda


13-01-2020, 11:30
3 rayonun icra başçsı çətin durumda
DİA.AZ: - Az əvvəl məlumat yayıldı ki, bu gün Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev şəhər-rayon icra hakimiyyətlərinin başçılarını iclasa çağırıb. Unikal.org-un əldə etdiyi xəbərə görə, PA rəhbəri icra baçılarına 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı tövsiyyə və tapşırıq verəcək. Qeyd edək ki, iclas saat 14:00-da keçiriləcək.

Bununla bağlı DİA.AZ-a daxil olan informasiyada qeyd olunur ki, toplantıda yeganə məqsəd gözlənilən parlament seçkiləri deyil. Məlumatlı mənbə iddia edir ki, eyni zamanda RİH rəhbərlərinin bəziləri Bakıya məhz danlanılmaq üçün çağrılıb.

Mənbə onların kimliyi barədə məlumat verməsə də bildirdi ki, konkret olaraq 3 rayonun icra başçısı bu şəkildə tənbeh olunacaq: "Hələlik ilkin xəbərdarlıq ediləcək.."

Geri qayıt