Əsas Səhifə > Güney Press, Reklam > "Bakcell" abunəçilərlə bağladığı "Wi-Fi evinizdə" müqavilələrini yeniləyəcək

"Bakcell" abunəçilərlə bağladığı "Wi-Fi evinizdə" müqavilələrini yeniləyəcək


10-01-2020, 09:40
"Bakcell" abunəçilərlə bağladığı "Wi-Fi evinizdə" müqavilələrini yeniləyəcək
DİA.AZ: - Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti ilə abunəçiləri arasında imzalanan və özündə “wireless internet at home solution” cihazı vasitəsilə müvafiq internet trafikinin təmin edilməsini əks etdirən “Wi-Fi evinizdə” müqavilələrinə 24 yanvar 2020-ci il tarixdən xitam veriləcək (sözügedən müqavilələrin 3.2.5-ci maddəsinə əsasən).

DİA.AZ xəbər verir ki, “wireless internet at home solution” cihazının abunəçilərin istifadəsində qalması şərti ilə “Bakcell” yeni şərtlərlə müqavilə bağlamağı təklif edir. Yeni müqavilə bağlanmadığı halda abunəçilər “wireless internet at home solution” cihazını geri qaytarmalı olacaqlar.

Geri qayıt