Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Mən ora tək getsəm, vurub eləyərlər…”
“Mən ora tək getsəm, vurub eləyərlər…”13-12-2019, 13:33 |
811 saylı Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa Bakı şəhəri H.Aslanov qəsəbəsi İ.Abbasov-17 ünvanında yaşadığı evin qonşuluğunda təhlükləli tikinti işlərinin aparılması ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib. Arif Paşa müraciətində bildirib ki, əlaqədar qurumlar təhlükəyə göz yumur. Ərazidən çəkilən fotoları da təqdim edən Arif Paşa tikintidə bir neçə ay əvvəl yanğın baş verdiyini xatırladıb. Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən 4 saylı Mənzil İstismar İdarəsinin müdiri Elşad Kərimov bildirib ki, ailənin torpaq çıxarışı var: “Heç kim özbaşına gedib insanların həyətinə girə bilməz. Ailədə iki nəfər var. Heç kimləri yoxdur. Dünən tikintinin sökülüb-sökülməyəcəyi ilə bağlı məhkəməyə müraciət ediblər. Ailənin torpaq çıxarışı var. Qarış-qarış torpaq çıxarışı olan şəxsi mülkiyyətdir. Ev sahibinin torpağının, əmlakının sənədi var. Onların sənədləri olduğu üçün mənim onların həyətinə girib nəsə etməyim mümkün deyil. Biz də bildirmişik ki, hasar sökülməlidir. Cavab olaraq bizə məhkəməyə müraciət etdiklərini və tədbirin məhkəmə qərarına əsasən, görüləcəyini deyirlər. Mən tək iş görə bilmərəm, tədbir sahə müvəkkili Zaur Usubovla birgə görüləcək”. Həmsöhbətimiz qeyd edib ki, əraziyə tək gedə bilməz: “Mən ora tək getsəm, vurub eləyərlər, yaxud söyərlər, ondan sonra müəyyən məsələlər qalxar. Ona görə də sahə müvəkkili olmalıdır, sahə müvəkkili gəldikdən sonra biz onu araşdıracağıq. Hazırda proses davam edir. Mən oraya şəxsin sənədi olduğu halda getsəm, sonra məni şikayət edər. Xəstə adamlardır, biri onkoloji xəstədir, 3 dəfə əməliyyat olub. Anası da 2 dəfə infarkt keçirib. Bir başıpapaqlı kişi yoxdur ki, söhbət edə biləsən. Amma oğlana bildirmişəm ki, hasarı sökmək lazımdır. Digər məsələlər isə məhkəmə qərarı ilə həll ediləcək. Prosedurun nə vaxt başa çatacağını deyə bilmərəm. Müdaxilə etmək səlahiyyətimdən kənardadır”. Geri qayıt |