Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə4-12-2019, 13:45 |
Azərbaycanda sərhədyani ərazilərdə yaşayan kənd sakinləri üçün səciyyəvi bir məşğuliyyət növü var ki, bu da qonşu ölkələrdən ərzaq məhsulları və digər məhsulların ölkəmizə gətirilməsidir. Kəndlilər bununla da həm xırda ticarətlə məşğul olur, həm də öz zəruri tələbatlarını ödəyirlər. Xüsusən, ölkənin cənub bölgəsində yaşayan kənd sakinləri İranda ərzaq məhsullarının xeyli ucuz və sərfəli olduğunu deyirlər. Ona görə də kəndlilər ayda bir dəfə İranın Azərbaycanla sərhəddə yerləşən rayonlarının bazarlarına üz tutur və bir aylıq ərzaq tədarüklərini görürlər. Qaynarinfo-nun apardığı araşdırmalar onu deməyə əsas verir ki, sərhədyani kəndlərin sakinləri daha çox qış aylarında qonşu ölkələrin ucuz ticarət bazarlarına üz tuturlar. Xüsusən, İranın bazarlarında gündəlik istifadə üçün yağ, çay, bal, meyvələr xeyli ucuzdur. Eyni zamanda, İran bazarlarında yuyucu vasitələr sərfəli qiymətə satılır. Misal üçün, aylıq büdcəsi zəif olan kəndlilər düşünür ki, Azərbaycanda baha qiymətə keyfiyyətli yuyucu vasitələri almaqdansa, İrandan keyfiyyəti aşağı olsa da ucuz qiymətə yuyucu vasitəsi almaq sərfəlidir. Təbii ki, qonşu ölkələrdən ərzaq ve qeyri-ərzaq məhsulların alışı ölkə iqtisadiyyatı üçün arzuolunan hal deyil. Çünki, xırda ticarətlə məşğul olanlar qonşu ölkələrdən gətirdiyi məhsullara görə heç bir rüsum və vergi ödəmirlər. Amma məlumdur ki, kəndlilər də bunu özlərinə sərfəli olduğu üçün edirlər. Digər tərəfdən bunu gündəlik iş kimi həyata keçirərək xırda ticarətlə məşğul olanların da sayı az deyil. Azərbaycana rəsmi şəkildə idxal olunan və ölkədə istehsal olunan məhsulların ümumi həcmində bu xırda ticarətçilərin gətirdiyi məhsulların payı olduqca cüzi olduğundan hər hansı sərt tədbirlərin həyata keçirilməsinin lüzumsuz olduğu görünür. Lakin, yuxarıda qeyd olunan məhsullarla yanaşı bəzən narkotik və yanacaq qaçaqmalçılığı halları da müşahidə olunur. Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi tərəfindən vaxtaşırı narkotik qaçaqmalçılığı ilə məşğul olan şəxslərin aşkarlanması ilə bağlı mətbuatda məlumatlar dərc olunur. Lakin qaçaqmalçılığın bir istiqaməti də Azərbaycanın strateji məhsulu olan neft və neft məhsullarının qonşu ölkələrə aparılmasıdır. Bununla bağlı apardığımız araşdırmalar Rusiya və Gürcüstanla sərhədyanı məntəqələrdə ölkədən dizel çıxarılmasının şəbəkələşmiş formada həyata keçirldiyini göstərdi. Təbii ki, Azərbaycanda dizelin qiymətinin Rusiya və Gürcüstanla müqayisədə çox aşağı səviyyədə olması bəzi işbazları cəlb etməyə bilməzdi. Görünən odur ki, onlar da bu qiymət fərqindən maksimum yararlanmaq üçün bütün vasitələrə əl atırlar. Ərzaq və qeyri-ərzaq məhsullarının xırda ticarət üçün gətirilməsi Azərbaycan iqtisadiyyatı, idxal-ixrac balansı üçün nəzərəçarpacaq təsirə malik olmasa da, şəbəkələşmiş formada dizelin ölkədən çıxarılmasının yerli iqtisadiyyata əhəmiyyətli dərəcədə təsir göstərdiyini demək olar. Çünki Gürcüstan və Rusiya ilə sərhəd ərazisində yerləşən rayonlarda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin dizel yanacağı bölməsi dayanmadan qaçaqmalçıların sifarişləri üçün çalışmaqdadır. Geri qayıt |