Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Üçqat agent"in SONUNCU GEDİŞİ...

"Üçqat agent"in SONUNCU GEDİŞİ...


25-11-2019, 14:52
"Üçqat agent"in SONUNCU GEDİŞİ...
"DİA.AZ: - "Bu büdcə müzakirələri Maliyyə Naziri Samir Şərifov üçün sonuncu vəzifə müzakirəsi olacaq". Bu barədə DİA.AZ-a məlumatlı mənbə bildirib və qaynaq iddia edir ki, yaxın günlərdə Malyyə Naziri postunda dəyişiklik gözlənilir, Samir Şərifov görəvdən alınır.

Mənbənin dia.az-a söylədikləri: "Samir Şərifov reputasiyası kifayət qədər zədələnmiş fiqur olsa da, məhz iddia olunduğu kimi, kənar basqılar fonunda hələ də görəvinin başında görünür. Amma onun zamanı dolmaq üzərədir və Azərbaycan dövlətinin maliyyə siyasəti məhz Asmir Şəfirovun gedişi ilə daha da müstəqil yön almış olacaq".

Hər halda mənbəmiz bütün bu ifadələri heç də havadan səsləndirmir və güman olunur ki, burada məhz Samir Şərifovun bir neçə il əvvəl hədəfinə çevrildiyi və günü bu gün də aydınlıq gəirilməyən ittihamlar rol oynamaqdadır.

Xatrladaq ki, bir neçə il əvvəl SSRİ dövründə DTK-nin kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki kimi tanınan Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə müsahibəsi zamanı çox ciddi ittihamlar səsləndirmişdi. Yuri Şvetsin iddiasına görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov “üçqat agent”dir. O, Amerika, Türkiyə və Rusiya agentura şəbəkəsinə çalışır. Bunu Şvetsin iddia etmişdi.

Buna görə də günü bu gün də Samir Şərifovun görəvdə qalmasını məhz bu durumla əlaqələndirənlər də yetərincədir.

İndi isa aydın olur ki, Şərifov yola salınır. O zaman belə bir sual olunur: Nə baş verir, Şvetsinin iddia etdiyi möhkəm çətirlər xəfifləyibmi?

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt