Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Onun da gedəcəyi deyilir...

Onun da gedəcəyi deyilir...


28-10-2019, 11:55
Onun da gedəcəyi deyilir...
DİA.AZ: - Azərbaycanda daha bir mühüm postda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, yuxarı eşalonda müşahidə olunan dəyişikliklər fonunda növbəti islahat nəzərdə tutulub.

Mənbənin dia.az-a söylədikləri: "Yaxın vaxtlarda 64 yaşlı Fikrət Məmmədov ədliyyə naziri postundan alına bilər. Bu addım məhkəmə-hüquq sistemindəki islahatların fonunda cərəyan edəcək".

Qeyd edək ki, Fikrət Məmmədov 2000-ci ildən Ədliyyə naziri vəzifəsində çalışır. Nazir olduğu 18 il ərzində bir neçə dəfə onun istefaya göndərilməsi ilə bağlı təkliflər səsləndirilib.

Geri qayıt