Əsas Səhifə > Güney Press, Reklam > Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə liderdir

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə liderdir


23-07-2019, 13:08
Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə liderdir
DİA.AZ: - Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti
abunəçilər tərəfindən “Facebook” üzərindən göndərilən müraciətlərin effektiv
cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb.

DİA.AZ xəbər verir ki, böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq
“Socialbakers” şirkəti 2019-cu ilin II rübündə daxil olan sorğuların Bakcell tərəfindən 100%-ni
cavablandırdığını qeyd edib. Qeyd edək ki, Bakcell cari ilin I rübündə də ən yüksək nəticə
göstərərək “Socially Devoted” sertifikatına layiq görülüb. Bakcell şirkəti son bir neçə ildə abunəçi
müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olur.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin
prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş
abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması
baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.

Geri qayıt