Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sahil Babayev ilk xəbərdarlığını alıb...

Sahil Babayev ilk xəbərdarlığını alıb...


1-08-2018, 16:05
Sahil Babayev ilk xəbərdarlığını alıb...
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son fəliyyəti ilə "yuxarıların" qınağına tuş gəlib. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib.

Xəbəri verən qaynaq dia.az-a məlumatında iddia edir ki, Sahil Babayev nazir postunda 100 günlüyünü qeyd edərkən heç də etimadı doğrultmadığı barədə tənqidlər alıb.

Mənbə bildirir: "Yeni nazir bir neçə istiqamətdəki yanlışlıqlarından dolayı xəbərdarlıq alıb. O, elə zənn edir ki, əgər yeni nazir təyin olunubsa, postunda ən azından 5 il oturacaq. Yaxınları ilə danışanda da belə deyir. Amma bu belə deyil. Ümumiyyətlə heç bir yeni nazirə belə bir etimad yoxdur. Vəziyyəti dəyişməzsə, vəzifəsini itirməli olacaq. Bunun yetərincə işartıları var..."

Onu da bildirək ki, DİA.AZ-a Sahil Babayevin rəhbərliyi altında cərəyan edən yeni rüşvət dalğası ilə bağlı ilginc faktlar təqdim olunub. Həmin materialları da yaxın vaxtlarda təqdim ecəcəyik. Bizi izləyin.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt