Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Polislərimiz BÜTÖV AZƏRBAYCAN ŞƏHİDLƏRİDİR!

Polislərimiz BÜTÖV AZƏRBAYCAN ŞƏHİDLƏRİDİR!


11-07-2018, 11:45
Polislərimiz BÜTÖV AZƏRBAYCAN ŞƏHİDLƏRİDİR!
DİA.AZ: - İran Azərbaycanı qarışdırmağa çalışır. Bu faktdır. Nardaranda yarımçıq qalan planlarını davam etdirməyə cəhd edir. Bundan əvvəl Yasamalda da bir az məşq etmişdi. Hacı Cavad məscidinin yeri dəyişdiriləndə... Alınmadı.

Gəncədə isə alındırmağa çalışırlar. Amma alınmayacaq!

Bunların hamısı aydındır. Yəni İran Azərbaycanın Ermənistandan da təhlükəli düşmənidir. Çünki onlar bunu belə qəbul edirlər. Onlar hər zaman BÖYÜK AZƏRBAYCAN ideyasından ehtiyyatlanıblar. Qorxublar ki, bu millətin başı Qarabağ dərdindən açılar, Güneyini bağrına basmağa qalxar...

Buna görə də təlaşla, həyəcanla Azərbaycan üçün yeni hoqqabazlıqlar çıxarırlar ki, başımız qarışsın...

Bu da alınmayacaq! Olmayacaq!

Onlar hərbi paradımızı gördülər və Azərbaycanın Qarabağ probleminin həllinə nə qədər yaxın olduğunu gördülər. Azərbaycanın qüdrətindən ehtiyyatlandılar.

Deyəndə ki, İran kəşfiyyatı rahat-rahat Azərbaycanın İsraildən və digər ölkələrdən gətirdiyi silahlarını paradda təftiş edir, bu sözü qəribçiliyə saldılar.

Nəticəsi budur.

İran Azərbaycanda özündə belə olmayan qüdrəti gördü və bildi ki, bu qüdrət təkcə Qarabağın azadlığına hesablanmayıb. Qarşıda canımız Təbrizimiz var...

Buna görə də bizi GÖZÜMÜZ olan Gəncədən vurmaq istədi. Düşünmədi ki, elə Təbrizin azadlığı məhz Gəncə başda olmaqla Azərbaycanın şəhər və kəndlərindən ayaqlanacaq oğulların sayəsində təşəkkül edəcək.

Bunu onlar düşünmürlər, ağıllarına da gəlməz.

Və fəqrinə də vara bilmirlər ki, bir-iki sapından qırılmış bu ölkənin gerçək sahibləri olan Azərbaycan türklərinin nə səfini poza bilər, nə dövlətini sarsıda bilər, nə də iqtidarını nüfuzdan sala bilər.

***

Allah şəhid polislərimizə rəhmət eləsin. Bəli, onlar BÖYÜK BÜTÖV AZƏRBAYCAN DAVASININ ŞƏHİDLƏRİDİR!

İran özü də bilmədən Azərbaycan türkü üçün yeni bir şərəfli şəhadət ünvanını nişan vermiş oldu: GÜNEY AZƏRBAYCAN, GÖZƏL PAYTAXTIMIZ TƏBRİZ UĞRUNDA ŞƏHİDLİK MƏRTƏBƏSİ...

Polislərimiz bu davanın ilk şəhidləri olaraq Azərbaycan türkünün yaddaşında və Uca Tanrımızın yanında ən yüksək məqamda olacaqlar... Əbədiyyən!

YENİ DAVAMIZ MÜBARƏK!

Şəhidlərimizə sayğıyla, dövlətimizə və millətimizə sevgiylə
Məhəmməd ƏRSOY
DİA.AZ-ın baş redaktoru

Geri qayıt