Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Süleyman Mikayılovun yerinə kimin təyin olunacağı bilindi

Süleyman Mikayılovun yerinə kimin təyin olunacağı bilindi


30-05-2018, 11:34
Süleyman Mikayılovun yerinə kimin təyin olunacağı bilindi
DİA.AZ: - Hələ bir neçə gün əvvəlindən məlumat verərək bildirmişdik ki, paytaxt Bakının 4 rayonunun rəhbəri dəyişdiriləcək ki, onların sırasında adı bir çox qaranlıq işlərə hallandırılan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da var. Məlumatlarda həmçinin qeyd olunurdu ki, Qaradağla yanaşı, Bakının Sabunçu, Pirallahı və Xəzər rayon İH başçıları da vəzifələrindən alınacaq.

DİA.AZ-a daxil olan son informasiyaya görə isə, artıq Süleyman Mikayılovun yerinə kimin gətiriləcəyi müəyyənləşib. Bu barədə danışan məlumatlı mənbə iddia edir ki, hazırda Qaradağ RİH-də başçının 1-ci müavini postunu tutan Emil Abbasov Süleyman Mikayılovun yerinə ən şanslı namizəddir.

Mənbə bildirir: "Artıq bu barədə müzakirələr gedir".

Dia.az xatırladır ki, əslində Emil Abbasovun başçı təyin olunması Süleyman Mikayılovun da maraqlarına cavab verir. Şünki bu vaxta qədər həmin şəxs başının "qara kassası" hesab olunub.

Bizi izləyin. Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt