Əsas Səhifə > Güney Press, Reklam > Azercell Qərbi Kaspi Universitetində tələbələrə dəstək old

Azercell Qərbi Kaspi Universitetində tələbələrə dəstək old


14-03-2018, 17:10
Azercell Qərbi Kaspi Universitetində tələbələrə dəstək old
DİA.AZ: - Azercell Telekom MMC ölkəmizdə keçirilən karyera sərgilərində iştirakını davam etdirir. Şirkətin əməkdaşları bu dəfə martın 10-da Qərbi Kaspi Universitetində baş tutan karyera sərgisində tələbə və məzunlara dəstək olublar. 50-dən çox nüfuzlu şirkətin iştirak etdiyi tədbirdə Azercell öz kreativ stendi ilə seçilib. Şirkətin İnsan Qaynaqları Departamentinin nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunlar üçün informasiya sessiyaları təşkil edib və şirkətdə mövcud olan vakansiyalar barədə sərgi iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-ə işə qəbul və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat veriblər, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar.

DİA.AZ xəbər verir ki, tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Qeyd edək ki, sərgi çərçivəsində gənclər üçün “Karyera uğurunda bədən dilinin rolu” mövzusunda təlim də təşkil edilib. Tədbirin keçirilməsində məqsəd - öz bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək karyeralarını qurmaqda yardım etməkdir.

Məlumat üçün bildirək ki, Azercell Telekom daim istedadlı gənclərə dəstək olur. Şirkət ötən il ITECA və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 12 Beynəlxalq Karyera Sərgisində iştirak edib.

Geri qayıt