Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gedəcəyi vaxt bəllidir...

Gedəcəyi vaxt bəllidir...


21-12-2017, 15:21
Gedəcəyi vaxt bəllidir...
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbələr informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, Fazil Məmmədovun ardından Aydın Əliyevin də vəzifəsindən kənarlaşdırılması bəlli bir prosesin davamı kimi qəbul olnmalıdır.

Mənbənin dia.az-a söylədikləri: "Dəyişiklik yanvar ayında, yanvarın sonlarına qədər baş tutacaq. Fazil Məmmədovla eyni səngərdə yer alan Aydın Əliyevin gedişindən sonra isə gömrük ssistemində ciddi islahat və dəyişikliklər baş tutacaq".

Qeyd edək ki, Fazil Məmmədovun yerinə təyin olunan kaçmiş Təhsil Naziri Mikayıl Cabbarov da hələlik hansısa kadr islahatı həyata keçirməyib. Bunu da onunla əlaqələndirirlər ki, həm Vergilər Nazirliyində və həm də DGK-da proseslər paralel aparılacaq. Mənbə bu barədə dia.az-a əlavə olaraq onu da bildirib ki, ola bilsin, hətta hər iki qurumun birləşdirilməsi qərarı da verilsin. Necə ki, Nəqliyyat Nazirliyi ləğv olunaraq Əli Abbasovun yerinə təyin olunmuş Ramin Quluzadənin sərəncamına verildi, eləcə də anoloji prosesin DGK ilə bağlı da həyata keçirilməsi gözlənilir. Bunu da mənbə iddia edir.

Geri qayıt