Əsas Səhifə > Güney Press, Şou-biznes > Sevinc Musayeva jurnalistləri təbrik etdi

Sevinc Musayeva jurnalistləri təbrik etdi


22-07-2017, 15:58
Sevinc Musayeva  jurnalistləri təbrik etdi
DİA.AZ: - Azərbaycanın pop starı Sevinc Musayeva Milli Mətbuatın 142 illiyi münasibəti ilə jurnalistləri təbrik edib.

DİA.AZ xəbər verir ki, S.Musayevanın təbrikində deyilir:

"Azərbaycanın milli mətbuatı, həqiqətən, çox şərəfli və mürəkkəb inkişaf yolu keçib. Bu yolda qazanılmış uğurlar, əldə olunmuş nailiyyətlər hər zaman Vətənimizin tərəqqi və inkişafına xidmət edib. Milli mətbuatımız yarandığı andan etibarən özünün maarifçi ruhu ilə milyonların mənəvi intibahına, mədəni dirçəlişinə yardımçı olub. 142 illik inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı görkəmli şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük xidmətləri sayəsində bu gün öz layiqli yerini ala bilib.

Sizi bir daha təbrik edirəm və Kütləvi İnformasiya Vasitələrinin ölkəmizin sosial-iqtisadi cəhətdən qüdrətlənməsi yolunda bundan sonra da uğurlu fəaliyyət göstərməsini arzulayıram".

Geri qayıt