Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycan vəhabilərinin lideri haqda yeni İDDİA

Azərbaycan vəhabilərinin lideri haqda yeni İDDİA


10-07-2017, 15:14
Azərbaycan vəhabilərinin lideri haqda yeni İDDİA
Vətəninfo.Az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ekspertiza şöbəsinin rəyinə əsasən, Azərbaycanda bir nömrəli radikal fikirlərin təbliğatçısı sayılan Əlixan Musayev bu dəfə rayonlarda fəallaşıb. Redaksiyamıza daxil olan məlumata görə, Mingəçevir, Yevlax rayonlarında bir çox ailələr Əlixan Musayevin toruna düşüblər. Amma bu qatı radikal dinçinin əməllərindən övladlarını qorumaq istyənlər də vardır ki, onlar da Əlixan Musayevin təşkil etdiyi gizli toplantılar haqqında yerli hüquq-mühafizə orqanlarına məlumat versələr də, təssüflər olsun ki, Əlixan Musayevin belə əməlləri ilə bağlı verilən məlumatlara ciddi yanaşmırlar və səhlənkarlıq edirlər.

Qeyd edək ki, dindar gənclərimizə Suriyada dövlət əleyhinə qanlı döyüşləri haqlı göstərməyə çalışan və dolayısı ilə döyüşərə qatılmağa çağırışlar edən gizli səs yazısından sonra haqqında cinayət işi açılsa da, tədbir görülmədiyi üçün ayağı yer alan, DQİDK qara siyahısında olan Əlixan Musayev yenidən fəallaşması, xüsusilə bölgələrə dadanması elə də yaxşı hal kimi dəyərləndirilməməlidir. Əlixan Musayevin nə qədər təhlükəli olduğu, onun gənclərin beynini necə qondarma təriqət düşüncələri ilə dolduraraq yoldan çıxardığı hər kəsə bəllidir. Amma maraqlısı budur ki, haqqında açılan cinayət işi necə və hansı şəkildə ört-basdır edildi? - Bu hələ də qaranlıq qalmaqdadır. Belə bir təhlükəli adamla əlaqədar üstü örtülən cinayət işi ilə bağlı ən azından ictimaiyyət məlumatlandırılmalı idi. Çox təssüflər olsun, Əlixan Musayev məhz haqqında açılan cinayət işinin bağlanmasından sonra daha da fəallaşıb və bölgələrimizə daraşıb. Məlumata görə, elə Əlixan Musayevin müqəddəs Ramazan bayramının keçirilməsi məsələsində də dindarlar arasında qarşıdurma yaratması bunun bariz nümunəsidir. Azərbaycan dövləti Ramazan bayramını 26 iyunda elan etsə də, Əlixan Musayev, qatı radikal fətva verdi ki, bayram ayın 25-dir və bu azmış kimi bildirib ki, onlar Səudiyyəyə tabe olmaldırlar. Azərbaycanda 26 iyunda bayram edənlər İran pərəstlərdir. Ramazan bayramı ilə bağlı dinadarlar arasında sünnü-şiə qarşıdurması yaratmağa səy göstərən radikal təbliğatçı Əlixan Musayevin nə vaxtadək belə fitnə-fəsadlar dolu təbliğat aparmasına göz yumulacaq, bunu bilən yoxdur.

Yuxarıda qeyd etdiyimiz təhlükə dolu hallar DQIDK ekspertiza şöbəsinin dövlət qurumlarına göndərdiyi rəyə önəm verilməməsinin və radikal liderin cinayət işinə hansı yollarlasa xitam verdirilməsinə göz yumulmasının nəticəsidir.

Adıçəkilən şəxs tez bir zamanda həbs edilib layiqli cəzasını almayacağı təqdirdə, hələ çox gənclərimizin beyni radikal dini düşüncələrlə doldurulacaq.



Geri qayıt