Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sabiq nazirə verilən yeni vəzifənin açması

Sabiq nazirə verilən yeni vəzifənin açması


5-07-2017, 11:00
Sabiq nazirə verilən yeni vəzifənin açması
“Rabitə işi” üzrə məhkəmənin başlanması ərəfəsində qələmə aldığımız “Nazir vəzifəsinə gedən yol” başlıqlı araşdırma məqaləmizdə sabiq nazir Əli Abbasovun karyera və korrupsiya məqamlarına bir azacıq toxunmuş, rabitə sistemində sabiq nazir Nadir Əhmədovdan sonrakı illərdə baş vermiş qanunpozuntuların səbəblərini aşmağa çalışmışdıq. Sonradan hadisələrin gedişatı da bir daha göstərdi ki, yazdıqlarımız doğrudur. Məslən, bu dəfə sabiq BTRİB rəisi olmuş Nəriman Salmanovu indiki nazir Ramin Quluzadənin məcburiyyət qarşısında Sumqayıt Telekommunikasiya İdarəsinə rəis göndərməsi bu sahədə yeni nazirin kadr çatışmamazlığıilə üzləşdiyini sübut etdi. Çünki bu ilin martında cənab R.Quluzadənin təcili olaraq dövlət başçısının qəbuluna çağrılması və onun rabitə sahəsində heç bir islahat keçirə bilməməsi müzakirə edilmiş və ona işində təcili olaraq dönüş yaradılması tapşırılmışdır. Doğrudur, cənab nazirin Azercell-dən dəvət etdiyi yüksək çinli kadrların da rabitədə elə bir nailiyyətə səbəb olmaması Yüksək Texnologiyalar Nazirliyində köklü islahatların aparılmasını zəriri etmişdir. Bir tərəfdən də Nəqliyyat Nazirliyinin bu struktura birləşdirilməsi yeni nazirin işini bir az da çətinləşdirmişdir.

Sabiq nazir Əli Abbasov isə “Rabitə işi” adlı məhkəmə prosesinə cəlb olunmaq əvəzinə ona Elmlər Akademiyasında yüksək vəzifə olan prezidentin müşaviri postu həvalə edilmişdir. Halbuki, 11 ildir ki, nazirlikdə bütün korrupsiya işlərinə birbaşa rəhbərlik edən bir məmurun qəfil olaraq belə bir yüksək vəzifəyə təyin olunması cəmiyyət tərəfindən də birmənalı qarşılanmamışdır. Lakin soyuq başla düşünəndə bir daha əmin olursan ki, Əli Abbasov özünün də etiraf etdiyi kimi, təkcə hər ay MTN_ə göndərdiyi 10 mil. Manat töycüsü onun xüsusi xidmətləri qarşısında çox xırda məbləğdir. Belə ki, sabiq nazirin təkcə “Kosmos layihəsindən” əldə etdiyi 100 milyonlar, digər gəlirli layihələrdən də əldə etdiyi milyonları kimlərlə şərik olduğu və 2004-cü ildə nazir vəzifəsinin icrasına başladığı andan kimlərinsə qarşısında götürdüyü öhdəlikləri ayba ay icra etməsi onu bu gün hər hansı cəzalandırmadan qoruya bilmişdir. Bu da məntiqi nəticə. Əli Abbasovun sələfi olmuş peşəkar rabitəçi Nadir Əhmədovun da vəzifəsindən uzaqlaşdırılmasının kökündə bir motiv dayanır. Ona da dəflərlə xəbərdarlıq edilmişdir ki, “qara büdcəyə” pul keçirməsini həyata keçirsin. Lakin bu şəxsin vicdanı belə çirkin işə bulaşmağa yol vermədiyi üçün o nazir vəzifəsini vicdanının təmiz qalmasına dəyişdi. Yaxın tariximiz də göstərdi ki, sabiq nazir düz seçim etmişdir.

2002-2004-cü illərdə Azərbaycanın internet və teleməkanını xidmət göstərilməsi üçün illik 780 min dollar icarə haqqı verilməsini büdcəyə baha başa gələcəyinə görə o daha ucuz kosmik xidmətlərin araşdırılıb tapılmasına göstəriş vermişdir. Əli Abbasovun həyata keçirdiyi və büdcəyə 240 milyon dollara başa gələn “Kosmos Layihəsinə” isə qəti olaraq əleyhinə olmuşdur. Guya 10 il ərzində Azərbaycan kosmosa çıxardıöı rabitə peykindən əldə edəcəyi gəlirlərlə qoyulan mayanı çıxaracaq və hətta yüksək qazanc əldə edəcəkdir. Amma reallıq bundan ibarət oldu ki, Azərbaycan bir neçə kasıb ölkəyə peykindən icarə haqqı olaraq hər ilə güc-bəla ilə 10 milyon dollar qazana bildi. Rabitə peykinin 10 il normal iş prinsipini nəzərə alsaq deməli qoyulan mayanını 35 faizini bu illər ərzində birtəhər çıxarmaq olarmış.

Bu arada “Rabitə işi”nə görə məhkəməyə cəlb edilmiş yüksək çinli rabitəçilər azadlığa çıxmaq üçün dövlət büdcəsinə dəymiş zərərin ödənilməsiə məşğul olurlar. Elə sabiq BTRİB rəisi Beytulla Hüseynov da bu arzuya qovuşmaq ərəfəsindədir. Doğrudur, dövlət ittihamçısı ona 14 il müddətində azadlıqdam məhrum ediləmsi barədə cəza istəsə də hakim bu şəxsi 5 il şərti cəzailə azadlığa buraxacaqdır. Bəs cənab B.Hüseynov bu zamanlarda özünü istintaq təcridxanasında necə aparıb? Apardığımız xüsui araşdırmalar nəticəsində məlum olmuşdur ki, o əvvəlcə Bakı İstintaq təcridxanasında ayrıca lüks otaqda ( aylıq 28min manat pulun qarşılığında) yaşasa da, sonradan daha lüks həyat sürmək fikrində olub. Belə ki, o sifarişlə qanunsuz olaraq ƏN-nin Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən 9 saylı cəzaçəkmə müəssisəninə yerləşmiş və hər axşam saat 20-00-da oğlunun cəzaçəkmə müəssisənin qarşısına gətirdiyi son model S class Mercedes markalı avtomobilin sükanını verməklə avtomobilin idarəetməsini ona həvalə etmişdir. Beytulla da hər axşam üzdən tanınmaması üçün kepkasını gözünün üstünə basıb evinə gəlib gecə qalır Və səhər tezdən yenidən müəssisədəki otağına qayıdır.Bu xidmət üçün Beytulla hər ay üçün lazımi adamlara 35 min manat pul ödəyir və kral kimi yaşamağında davam edir.

Ardı var.
Müstəqil jurnalist Əsgər Nağıyev

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq

Geri qayıt