Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Elçin Zahiroğlunun həbsi xəbərinə ailəsindən AÇIQLAMA

Elçin Zahiroğlunun həbsi xəbərinə ailəsindən AÇIQLAMA


1-07-2017, 14:42
Elçin Zahiroğlunun həbsi xəbərinə ailəsindən AÇIQLAMA
Bu gün bir neçə xəbər saytı BakiPost saytının baş redaktoru Elçin Zahiroğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılması ilə bağlı xəbər yayıb. İddialara görə, E.Zahiroğlu bu gün səhər məşhur bir şəxsdən rüşvət alarkən saxlanılıb.

Moderator.az yayılan xəbərləri dəqiqləşdirmək məqsədilə Elçin Zahiroğlunun atası Zahir Məlikli ilə əlaqə saxlayıb.

Baş redaktorun atası yayılmış xəbərlərin həqiqət olmadığını bildirib: "Hər şey yaxşıdır, narahatçılığa heç bir səbəb yoxdur. Yazılanlar yalan söhbətdir".

Qeyd edək ki, Elçin Zahiroğlu Xalq şairi Sabir Rüstəmxanlının bacısı oğludur.

Geri qayıt