Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Eldar Mahmudovun yaxın qohumu "at oynadır"...

Eldar Mahmudovun yaxın qohumu "at oynadır"...


1-05-2017, 12:24
Eldar Mahmudovun yaxın qohumu "at oynadır"...
Bu günlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi şurasının iclası çağrılıb.Adından göründiyi kimi elmi şuranın üzvləri elm adamları,elmdə öz sözünü demiş və elmi titulu olan alimlər olmalıdır.Çox təəsüflər olsun ki Akademiyanın elmi şurasının yeni üzvlərinin heç birinin elmi dərəcəsi yoxdur.Ümumi şöbənin müdiri,kadrlar şöbəsinin müdiri,tədris hissə müdiri,beynəlxalq əlaqələr şöbəsinin müdiri və qiyabi şöbənin dekanı vəzifəsini daşıyan şəxslər elmi şuranın yeni üzvləri "seçiliblər".Mediatv.az-a verilən məlumata görə adı çəkilən vəzifələri daşıyan şəxslər kənardan gətirilib və prorektor Rizvan Əliyevin təqdimatı əsasında təyin olunublar.Mediatv.az-a daxil olmuş digər məlumata görə ADBTİA-nın elmi katibi Bəxtiyar Rüstəmovun rəhbərliyi altında "qabiliyyət imtahanları" ilə əlaqədar rüşvət yığımı davam etməkdədir.Akademiyada baş verən korrupsiya, ciddi qanun pozuntuları və "qabiliyyət imtahanları" üçün rüşvət yığımının Bəxtiyar Rüstəmovun kabinetində saat 18-dən sonra aparılması barədə yazı dərc olunduqdan sonra sanki onlar "izi itirməyə"nail olublar.Belə ki dərc olummuş tənqidi məqalədən sonra qabiliyyət imtahanı ilə bağlı vətəndaşların qəbulunu və rüşvət yığımını 7-ci mikrorayonda yenicə kirayələnmiş ofisə köçürüblər.

Ən dəhşətli hallardan biri də ləvğ edilmiş MTN-nin sabiq şefi Eldar Mahmudovun yaxın qohumu və Eldar Mahmudov haqqında kitab müəllifi olan Dilqəm Quliyevin əvvəlki kimi Akademiyada "at oynatmasıdır".Rektor Fuad Hacıyevin etimadını qazanmaq üçün canfəşanlıq edən Dilqəm Quliyev, korrupsiya mənbəyi sayılan qabiliyyət imtahanı götürən komissiyanın üzvliyinə real namizədlərdən sayılir.O, bu işlərin başında duran Bəxtiyar Rüstəmovun "sağ əli"nin olduğu bildirilir. Redaksiyamıza daxil olmuş başqa bir informasiyada isə Akademiyada baş alıb gedən ciddi maliyyə maxinasiyalardan bəhs edir.Bu barədə araşdırmalarımız var.

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt