Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gəncədə yeni bəhanə
Gəncədə yeni bəhanə17-04-2017, 14:16 |
2017-ci ilin ilk aylarından ölkənin qərb bölgəsində yaşayan və ünvanlı dövlət sosial yardımı ( ÜDSY) alan aztəminatlı ailələrə vəsaitin ödənilməsində ciddi problemlər yaranıb Bu barədə verilən xəbərə görə, aylarla gecikdirilən maliyyələşmə prosesi sonda vətəndaşların bir qisminin bu imkandan məhrum edilməsi ilə sonunclanıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhərində fəaliyyət göstərən yerli qurumundan şikayətçilərə bildirilib ki, Novruz bayramı öncəsi bütün vəsaitlər ödəniləcək . Lakin aprel ayının ortaları olmasına baxmayaraq verilən vəd təmin olunmayıb. Aztəminatlı ailələri təmsil edən vətəndaşlardan Orxan Məmmədov, Əminə Bayramova, Müşfiq Məmmədov və başqaları qeyd edirlər ki , onlarda olan məlumata görə, məmurlar tərəfindən həmin vəsaitlər mənimsənilib. Şikayətçilər deyirlər ki, qarşıdan gələn İslam Oyunlarının keçirilməsi ilə əlaqədar sosial yardımların bir müddət vətəndaşlara verilməyəcəyi ilə bağlı söz-söhbətlər dolaşır Yerli məmurlar şikayətçilərə deyiblər ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “ 142 ” nömrəli “ Qaynar Xəttinə müraciət etsinlər. Son vaxtlar bu xidmət demək olar ki, aktiv deyil. Dəqiqələrlə gözləyən şikayətçinin operatorla əlaqəyə girməsi mümkün olmur və bu gözləmə zamanında isə dəqiqəsi 0.12 qəpik tarifi tətbiq edilməklə vətəndaşın mobil hesabından çıxılır. \\xalqxeber.az\\ Geri qayıt |