Əsas Səhifə > Güney Press, Şou-biznes > Aygün Kazımova yenidən dünyaca məşhur mükafata namizəddir

Aygün Kazımova yenidən dünyaca məşhur mükafata namizəddir


25-03-2017, 14:46
Aygün Kazımova yenidən dünyaca məşhur mükafata namizəddir
DİA.AZ: - Mükafatlandırma mərasimində dünya ulduzları da iştirak edir.

Azərbaycanın xalq artisti Aygün Kazımova yenidən prestijli mükafatlandırma mərasimində nominantlar sırasındadır.

DİA.AZ xəbər verir ki, "Daf Bama Music Awards" bütün dünya üzrə nominantlarının adlarını açıqlayıb. Azərbaycandan isə Aygün Kazımova təqdim olunub.

Qeyd edək ki, ötən il Almaniyanın Hamburq şəhərində keçirilən mükafatlandırma mərasimində dünyanın əksər ölkələrinin sənətçiləri, o cümlədən, Türkiyə, Rusiya, Ermənistan, Albaniya, Polşa, Serbiya, Misir, Makedoniya, Mərakeş, İndoneziya, İtaliya, Pakistan və s. ölkələrin sənətçiləri çıxış edib.

2016-cı ildə mükafatlandırma mərasimində Azərbaycanı yarışmada yalnız yerli şou biznesin divası Aygün Kazımova təmsil edib. O, "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb.

Geri qayıt