Əsas Səhifə > Güney Press, Şou-biznes > Gənc müğənni Mədinəyə nələr dedi:

Gənc müğənni Mədinəyə nələr dedi:


17-03-2017, 08:07
Gənc müğənni Mədinəyə nələr dedi:
DİA.AZ: - Gənc müğənni Mehriban Nuray "Kristal" qrupunun rəhbəri, prodüser Mədinə Məlikin barəsində xoş sözlər yazıb.

DİA.AZ xəbər verir ki, kübar, mülayim səsli müğənni Mehriban sosial şəbəkədə prodüser Mədinənin ünvanına xoş sözlər yağdırıb: “Hörmətli şəxsiyyət, dəyərli xanım, gözlə ana, peşəkar və əfsanəvi prodüser.... Canım qədər sevdiyim kübar Mədinə...
Haqqınızda dayanmadan, günlərlə xoş söz deyə biləcəyim insanlardan biri Sizsiniz. Söz verdiyiniz kimi, mənə hər zaman dəstək oldunuz. Bizi nəinki iki sənətçi, iki dost telləri bağlayır. Allah Sizi mənə, sevənlərə çox görməsin. Sizdən bir də olmayacaq. Necə də xoşbəxtəm”.

Gənc müğənni Mədinəyə nələr dedi:

Geri qayıt