Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bayramdan sonra işdən çıxarılacaq...

Bayramdan sonra işdən çıxarılacaq...


8-03-2017, 12:03
Bayramdan sonra işdən çıxarılacaq...
DİA.AZ - Azərbaycanda baş nazir dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub. Xəbəri verən mənbə iddia edir ki, hazırda baş nazir postunu tutan Artur Rəsizadə bu ilin mart ayının sonlarında görəvindən alınacaq.

Hələlik bu barədə tədarükün görüldüyünü iddia edən qaynağın dia-az.life-a bildirdiklərindən o da aydın olur ki, Artur Rəsizadəni baş nazir kürsüsündə kimin əvəz edəcəyi haqda dəqiq informasiyalar mövcud deyil.

dia-az.life xatırladır ki, bir neçə gün əvvəl Artur Rəsizadəni hazırda Fövqəladə Hallar naziri postunu tutan Kəmaləddin Heydərovun əvəz etmə şansları daha yüksəskdir. Qeyd edək ki, bu vaxta qədər Kəmaləddin Heydərov üçün qeyd olunab mənsəb uğrunda savaşda ən ciddi rəqib kimi keçmiş Nəqliyyat naziri Ziya Məmmədov hesab olunurdu. Bildiyimiz kimi Ziya Məmmədov artıq vəzifə başında deyil və onun birincisi və sonuncusu olduğu Nəqliyyat Naziri postu, ümumiyyətlə, ləğv olunub. Belə olan təqdirdə Kəmaləddin Heydərovun yolunun kifayət qədər açıq olduğunu təxmin etmək asandır.

Bayramdan sonra işdən çıxarılacaq...

Onu da bildirək ki, Kəmaləddin Heydərov hazırki hakimiyyətin ən etibarlı fiqurlarından biri hesab olunur və bu şərt FHN şefini xarakterizə edən yeganə müsbət keyfiyyət hesab olunmur. Kəmaləddin Heydərov həm də özünün yaxşı idarəçilik və quruculuq qabiliyyəti ilə də hakim düşərgədə əlahiddə şəkildə etimad göstərilən bir məmurdur.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...

Geri qayıt