Əsas Səhifə > Güney Press, Şou-biznes > Nazim Məmmədov gənc müğənni ilə iş birliyinə başlayıb:

Nazim Məmmədov gənc müğənni ilə iş birliyinə başlayıb:


24-02-2017, 17:22
Nazim Məmmədov gənc müğənni ilə iş birliyinə başlayıb:
DİA.AZ: - DİA.AZ xəbər verir ki, gənc müğənni Nicat Mənsimov həmkarının,
tanınmış bəstəkar Hacı Nazim Məmmədovun yaradıcılığına müraciət edib. İfaçı səhnəyə
ilk addımlarında məhz Nazimin musiqisinə müraciət edib. “Tut əllərimdən”
adlanan bəstənin sözləri məşhur meyxana ustası Akşın Fatehə məxsusdur.
Saytımıza açıqlama verən Nazimin sözlərinə görə, Nicat Mənsimov
olduqca istedadlı müğənnidir: “Nicatın səsini ilk dinlədiyim zaman çox bəyəndim.
Bəyəndiyim səslərə isə mahnı təqdim etmək hər zaman xoşdur. Ümid edirəm ki, musiqisevərlər
də Nicatın həm səsini həm də bu mahnını bəyənəcəklər”.


Geri qayıt