Əsas Səhifə > Güney Press, Reklam > Azercell jurnalistlər üçün onlayn qaydada ingilis dili kursları təşkil edəcək

Azercell jurnalistlər üçün onlayn qaydada ingilis dili kursları təşkil edəcək


22-02-2017, 16:03
Azercell jurnalistlər üçün onlayn qaydada ingilis dili kursları təşkil edəcək
"Azercell Telecom" MMC öz ənənəsinə sadiq qalaraq bundan sonra da media ilə sıx əməkdaşlıq edərək jurnalistlərə dəstək olacaq.

Bu gün şirkətin illik yekunları ilə bağlı keçirilən mətbuat konfransında "Azercell"-ın korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya belə deyib.

Onun sözlərinə görə, Azercell hər il jurnalistlər üçün pulsuz ingilis dili kursları təşkil edirdi. Bu ildən kursların formatı bir qədər dəyişib. "Biz istəyirik ki, kurslar onlayn şəkildə keçirilsin. Bu istiqamətdə də işlər aparırıq. Yaxın vaxtlarda bununla bağlı mətbuata ətraflı məlumatlar veriləcək. Azercell şirkəti olaraq jurnalistlərin dil bacarığının təkmilləşdirilməsində maraqlıyıq."

Geri qayıt