Əsas Səhifə > Güney Press, Reklam > “Azərcell Telekom” 4 ölkə üçün vahid xidmət haqqı tətbiq edəcək

“Azərcell Telekom” 4 ölkə üçün vahid xidmət haqqı tətbiq edəcək


18-02-2017, 09:25
“Azərcell Telekom” 4 ölkə üçün vahid xidmət haqqı tətbiq edəcək
“Azərcell Telekom” MMC bu ilin martın 18-dən ABŞ, Yeni Zelandiya, Kanada, Avstraliya üçün həm fakturalı xətt, həm də fakturasız (SimSim) xətt sistemlərinə aid nömrələrdə rominq xidmətindən istifadə ilə bağlı rominq sazişi mövcud olan operatorlar üzrə vahid xidmət haqları tətbiq edəcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bununla da abunəçinin vaxtında məlumat əldə etməməsi və ya cihazın avtomatik sazlanması nəticəsində daha baha qiymətlərlə xidmət göstərən operatorun şəbəkəsinin seçilməsi ehtimalı aradan qalxmış olacaq.

Qeyd edək ki, bu ölkələr üçün istiqamətindən asılı olmayaraq daxil olan zəngin hər bir dəqiqəsinə görə 0,32 manat, bütün istiqamətlərə edilən zəngin hər bir dəqiqəsinə görə xidmət haqqı 2 manat, mobil internet zidmətinin hər bir meqabaytına görə xidmət haqqı 4 manat, istiqamətlərindən asılı olmayaraq göndərilən hər bir SMS-ə görə xidmət haqqı 0,20 manat təşkil edəcək.

Geri qayıt