Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > MTN general Mövlam Şıxəliyev “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manat rüşvəti necə tələb edib?

MTN general Mövlam Şıxəliyev “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manat rüşvəti necə tələb edib?


3-01-2017, 09:22
MTN general Mövlam Şıxəliyev “Bərəkət İnşaat”ın sahibindən 1 milyon manat rüşvəti necə tələb edib?
«Təzadlar» bildirir ki, 29 dekabr 2016-cı ildə Bakı Hərbi Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə “Texnikabank”ın işi ilə bağlı 2008-ci ildə MTN-nin Baş İstintaq İdarəsində (rəis Mövlam Şıxəliyev) aparılmış istintaq hərəkətləri ilə bağlı alınan külli miqdarda rüşvət qurbanlarının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub. "Təzadlar" iş üzrə təqsirləndirilən MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi Vüsal Hicran oğlu Ələkbərovun "İttiham Akt"ını əldə edib... Baş Prokuror Zakir Qaralovun təsdiq etdiyi “İttiham Aktı”ndan məlum olur ki, Ələkbərov Vüsal Hicran oğlu Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilir (cinayət işi-162006082).
Cinayət işində zərərçəkənlərdən biri də “AQ İnşaat”, “İnşaatçı”, “ABM EV”, “Bərəkət İnşaat” MMC-lərin sahibi Qurbanov Akif Teymur oğludur.
“İttiham Aktı”ndan aydın olur ki, Akif Qurbanovun “Texnikabank” ASC-nin İdarə Heyətinin sədri Etibar Əliyevlə yaxın münasibətləri olmuşdur. O, 18.10.2012-ci ildə “Buta Palace”də bir toy mərasimində olarkən 1990-cı illərdən tanıdığı MTN-nin Baş İstintaq İdarəsinin rəis, general Mövlam Şıxəliyevlə rastlaşır, ondan dostu Etibar Əliyevin MTN-də aparılan cinayət işi ilə maraqlanır... Bu zaman Mövlam Şıxəliyev Etibar Əliyevin ünvanına nalayiq söyüşlər işlədəndə Akif Qurbanov ona sərt cavab qaytarır, “Bu sənin vəzifənə, şəxsiyyətinə yaraşmır” deyir... Bu hadisədən 2 gün sonra-20 oktyabr 2012-ci ildə MTN-nin Rövşən adlı müstəntiqi Akif Qurbanova zəng edərək onu Mövlam Şıxəliyevin şöbə rəisi Vüsal Ələkbərovun yanına çağırır... A.Qurbanob 21 oktyabr 2012-ci ildə qardaşı Münasib Qurbanovun ofisində olur, oradan dostu Məhəmməd Məmmədovun maşını ilə MTN-ə gedir... Burada olduqca aqressiv qarşılanan Akif Qurbanovu, nəhayət, MTN-də Baş İstintaq İdarəsinin rəis müavini Təhsin Ağayev qəbul edir, ona açıq şəkildə bildirir ki, rəis Mövlam Şıxəliyev tapşırdı ki, sən təcili olaraq 1 milyon dollar gətirməlisən… Akif Qurbanov burada şantajla qarşılaşır, ona deyirlər ki, “Sən dövlət əleyhinə işləyirsən, Etibar Əliyevi müdafiə etmək üçün adam yığırsan, mitinq keçirirsən” və sair... Akif Qurbanov isə bildirir ki, onun “Texnikabank”la bağlı hər hansı cinayəti yoxdur, sadəcə, kredit götürüb mənzil tikintisinə sərf edib, krediti də vaxtında qaytarıb, ona görə də bir manat da verməyəcək...
Nəhayət, bu təzyiq və təhdidlərə dözməyən Akif Qurbanov 2013-cü ilin yanvarında Vüsal Ələkbərova zəng edərək pulu topladığını bildirir, 1 milyon manat pulu “Briz-L” Klinikasının qarşısında ona vermişdir...
***
Zərərçəkmiş Akif Qurbanov Mövlam Şıxəliyevlə üzləşmə zamanı ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiqləmişdir...
Daha geniş yazını az sonra oxuya bilərsiniz.
(Davamı var)
“Təzadlar”

Geri qayıt