Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Korrupsiya və MTN işinə bulaşmış “Azalternativenerji” MMC ləğv edilir

Korrupsiya və MTN işinə bulaşmış “Azalternativenerji” MMC ləğv edilir


26-12-2016, 10:28
Korrupsiya və MTN işinə bulaşmış “Azalternativenerji” MMC ləğv edilir
“Azalternativenerji” MMC ləğv olunur

Qurumun fəaliyyətində kifayət qədər qaranlıq məqamların üstü açılıb. Hesablama Palatası 2017-ci il büdcə rəyində çox vacib bir məqama toxunub.

4 ilə yaxındır yaradılan və dövlət büdcəsindən maliyyə yardımı əsasında fəaliyyət göstərən “Azalternativenerji” MMC-nin il ərzində istehsal etdiyi və satışa göndərdiyi elektrik enerjisinin dəyəri Cəmiyyətin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləğindən dəfələrlə azdır.

Palata qeyd edir ki, 2015-ci ildə 8,2 milyon kv-saat enerji istehsal edilib ki, bu da dəyər ifadəsində 492,0 min manatdır. Halbuki 2015-ci il dövlət büdcəsində MMC-yə ayrılmış vəsaitin məbləği bundan 6,0 dəfə çoxdur.

Tikinti maqnatı Rizvan Vəliyev MMC-nin direktorudur. R.Vəliyev Alternativ və Bərpa Olunan Enerjı Mənbələri üzrə Dövlət Agentliyinin nəzdində rəhbəri Akim Bədəlovun bacısı oğludur.

R.Vəliyev dayısı A.Bədəlovla yüksək himayədarları sahəsində uzun illərdir Bakı və regionlarda iri sifarişli tikintiləri həyata keçirməkdədirlər.

Tikinti şirkətinin adı “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzidir. Mərkəzin tikdiyi obyektlər sırasında Zaqatala şəhər stadionu, Globus Plaza, City Developer MMC-nın obyektləri, Ali Məhkəmənin binası və bir çox digər obyekt və yaşayış binalarıdır.

Maxinasiya və korrupsiya yubasına çevrilmiş bu MMC-inin ləğvi plandadır. Struktur islahatları nəticəsində bu qurum demontaj olunacaq.

R.Vəliyevin qardaşı Pərviz Vəliyev MTN-də yüksək post tutub. Rizvan Vəliyevin bir zamanlar eks-spiker Rəsul Quliyevlə yaxın olduğu haqda da məlumatlar var. Hətta R.Quliyevin ABŞ-a mühacirət etməsindən sonra da bu əlaqələrin qaldığı söylənir.

Sonralar R.Vəliyev hansısa yollarla Eldar Mahmudovla əlaqələr yaradır. Bu əlaqələr də ona qardaşını MTN-ə işə düzəltməyə kömək edib. Mənbəmizin dediyinə görə, Vəliyev qardaşları əslən Mehri rayonunun Lök kəndindəndırlər.
\\regionxeberleri.com\\
Geri qayıt