Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Astara gömrüyü narazılıq yaradır

Astara gömrüyü narazılıq yaradır


23-12-2016, 11:47
Astara gömrüyü narazılıq yaradır
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup Astara rayon sakininin şikayəti Astara gömrük idarəsindən və həmin qurumun işçilərindəndir. DİA.AZ-a yazan narazı vətəndaşlar bildirir ki, dekabr ayı gələndən onların İrana gediş-gəlişi gömrük işçiləri tərəfindən süni şəkildə əngəllənir. Problem də tək bu deyil.

Narazı Astara sakinləri dia.az-a yazır:

"Astara sakinləri davamlı şəkildə İrandan alış-veriş edir. Amma dekabr ayı gələndən Astara gömrüyünün işçiləri İrana keçidi problemə çeviriblər. Əgər əvvəl bir keçiş üçün 10 manat alırdılarsa, indi bu rəqəm 15-20 manat olub.

Bu da narazılıq yaradır və nəticədə gömrük qapısında sıxlıq yaranır. Xəstələrini İrana aparanlar da məvbur yollarda qlır, günlük bazarlığını edən də. İndi də qarşıdan yeni il bayramı gəlir. Camaat bazarlqıeləmək istəyir. Amma 3 gündür irana keçmək zülüm olub.

Biz gömrük komitəsinin sədri Aydın Əliyevdən xahiş edirik ki, bayramla əlaqədar İrana keçidi asanlaşdırsın və bu barədə Astara gğömrüyünə göstəriş versin".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt