Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Saatlıda məmurların başına oyun açan reket "jurnalist" dəstəsi...

Saatlıda məmurların başına oyun açan reket "jurnalist" dəstəsi...


3-12-2016, 11:31
Saatlıda məmurların başına oyun açan reket "jurnalist" dəstəsi...
DİA.AZ: - Ölkəmiz müstəqillik yolunda daha inamlı addımlar atdıqca, müstəqil mətbuatın inkişafına geniş şərait yarandıqca, bəzi işbazlar bundan öz şəxsi məqsədləri üçün istifadə edir, jurnalist adı ilə hədə-qorxu gələrək reketçilik edirlər. Xəbər verildiyi kimi, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciətlər daxil olmuşdur. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb. Artıq “Bizim dövr” qəzetinin baş redaktoru və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumat yayılıb.

Son vaxtlar regionlarda belə hadisələrlə daha tez-tez rastlaşmaq mümkündür. Jurnalist adından istifadə edən bəzi qeyri-peşə sahibləri artıq reketçiliyin yeni formasını tapıblar. Bəzi qəzetlər öz adlarından mükafatlar təsis edir, “İlin ən yaxşı idarə müdiri”, “Ən yaxşı rəhbər” və digər belə adlarla 5-10 manat dəyərində diplomlar və ya fəxri fərmanlar hazırlayr, yanına isə 3-4 manatlıq qol saaatı və ya kiçik suvenir qoymaqla 100-150 manata zorla veririlər. Bu “mühafatı” almaqdan imtina edənlərə isə deyirlər ki, əgər almasan, sənin haqqında qəzetimizdə başqa məqalələr dərc olunacaq.

“Əsrin sədası” və “İdeal Market” qəzetləri belə “mükafatlar” paylamaqda xeyli irəliyə gediblər. İndi Saatlı rayonunda hansı idarə müdirinin otağına girsən, ilk növbədə diqqəti çəkən bu qəzetlərin “təsis etdiyi” “İlin ən yaxşı idarə müdiri” və ya “Ən yaxşı rəhbər” diplomları olur. Bu “mükafata” layiq görülən idarə müdirlərindən birinin deməsinə görə, artıq belə “mükafat”ları almaqdan beziblər. Gəlib kəsdirirlər qapının ağzını. İşləməyə də imkan vermirlər. Deyirik ki, bizə lazım deyil. Ancaq pul almyınca əl çəkmirlər.

Belə bir məlumat da var ki, “İdeal Market” qəzetinin “İlin ən yaxşı idarə müdiri” mükafatına layiq görülmüş Saatlı rayon telekommunikasiya qovşağının sabiq rəisi Akif Məmmədov “mükafat” təqdim olunandan iki gün sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əmri ilə tutduğu vəzifəsindən azad olunub. Belə saxta mükafatı aldığına görə yox, vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə.

Belə faktlar onlarladır. Bəzi qəzetlərin saxta mükafatlar təsisi etməsi və bu “mükafatları” zorla idarə müdirlərinə sırımaları reketçiliyin mədəni formasıdır. Bütün bunlar jurnalistikanı gözdən salır, insanların mətbuata olan inamını heçə endirir.

Hər hansı kütləvi informasiya vasitəsinin mükafat təsis etməsi qeyri-qanunidir. Bu “mükafat”a sahib olan idarə müdirləri unutmmamalıdırlar ki, saxtakarlığın geniş miqyasda yayılmasına şərait yaradırlar və bilavasitə belə qanuna zidd əməllərin iştirakçısına çevrilirlər. Yəqin ki, Saatlı

rayonundakı bəzi idarə və təşkilatların rəhbərləri kabinetlərinin görünən yerlərindən asdıqları “Əsrin sədası” və “İdeal Market” qəzetlərinin “mükafatlar”ının saxta və qanunsuz olduqlarını nəhayət ki, dərk edəcəklər və bu “mükafata” görə verdikləri pulla heyifləri gələcək. Həmin pula imaknsız bir ailəyə ərzağ məhsulları alsaydılar, bir qədər hörmət qazana bilərdilər.

Yəqin ki, reketçiliyin yeni formasının-saxta mükafatlandırmaların qarşısını almaq üçün ciddi tədbir görüləcək.

Emin Quliyev
Saatlı rayonu - DİA.AZ

Geri qayıt