Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Eldar Mahmudov öz müavinlərinə də atıb...

Eldar Mahmudov öz müavinlərinə də atıb...


28-11-2016, 11:53
Eldar Mahmudov öz müavinlərinə də atıb...
Sabiq MTN rəhbəri Eldar Mahmudovun baş nazir arzusundan mediada yetərincə bəhs olunub. O da vurğulanıb ki, E.Mahmudovun özünün bəzi yaxınlarını, eləcə də tabeçiliyində çalışan bəzi şəxsləri nazir postunda görmək niyyəti olub və bunu həmin şəxslərin diqqətinə çatdırıb.
Bu günlərdə Moderator.az-a məlum məsələ ilə bağlı yeni informasiya daxil olub. Özəl mənbədən verilən məlumata görə, sabiq MTN rəhbəri gələcək baş nazir kimi öz kabinetində görmək istədiyi müavinlərindən külli miqdarda pul da alıb. Nazir olmaq ümidi ilə E.Mahmudova milyonlarla manat pul verən müavinlərin bu istəyi “MTN işi”nin gündəmə gəlməyi ilə həmişəlik xəyala çevrilib.
Mənbənin sözlərinə görə, E.Mahmudovun vəzifədən getməsi və MTN-nin ləğv edilməsi ilə sonuclanan proseslər zamanı “gələcəyin nazirləri” MTN rəhbərinə verdikləri pulların qaytarılacağına ümid etsələr də, bu baş verməyib. E.Mahmudovun susması alınan pulların taleyini “həll edib” və bu pullardan əlini üzən müavinlər məlum məsələ ilə bağlı sabiq nazirə hər hansı xatırlatma etməyə cəsarət etməyib.
Bilgili qaynağın sözlərinə görə, E.Mahmudova nazir olmaq üçün “şirinlik” verən şəxslərin arasında sabiq nazirin çevrəsinə məxsus olan bəzi məmurlar və məmur övladları da olub. Hansı ki, onların bəzisi nazir müavini vəzifəsini daşıyıb və E.Mahmudovun “dost köməyi” sayəsində daha bir pillə irəli gedərək nazir olmağa çalışıb. Lakin MTN-də E.Mahmudov dönəminin başa çatması sabiq nazirin müavinləri ilə yanaşı, bu şəxslərin də nazir olmaq xəyallarına su çiləyib.

Geri qayıt