Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 3 ailə 23 ildir ki, qaz üzünə həsrət qalıb

3 ailə 23 ildir ki, qaz üzünə həsrət qalıb


26-10-2016, 11:31
3 ailə 23 ildir ki, qaz üzünə həsrət qalıb
Bərdə rayonunda 3 ailə 23 ildir ki, qaz üzünə həsrət qalıb.

Bu barədə AzNews.az-a Bərdə rayonunda məskunlaşan Ağdam rayonundan olan məcburu köçkün Telman Orucov deyib.

O, bildirib ki, 1993-cü il Ağdam işğal olunan gündən Bərdə rayonunda çayxanaların birində məskunlaşıblar: “Biz həmin binada 3 ailə yaşayırıq. Həmin vaxt binada qaz xətləri olub və o bu gün də qalmaqdadır. Sonradan yerüstü qaz xətləri çəkiləndə bizə qaz çəkmədilər. Buna isə belə səbəb gətirdilər ki, binanı kimsə özəlləşdirib. Ancaq sonradan məlum oldu ki, bina özəlləşməyib”.

T.Orucov məsələ ilə əlaqədar rayon icra hakimiyyəti, Energetika Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyinə müraciət göndərib: “Qaz idarəsindən xəttə baxış keçirdilər. Yekun olaraq bizə bildirdilər ki, sözü gedən binaya qaz xəttləri çəkmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən maliyyə vəsaiti ayrılmalıdır”.

“Qaçqınkom”un nümayəndəsi Aftandil Mustafayev məsələ ilə bağlı AzNews.az-a bildirdi ki, onlardan həmin binaya qaz çəkmək üçün maliyyə vəsaiti ayrılmır: “Həmin banada yaşayan 3 ailədən bizə müraciət daxil olmayıb. Onlar müraciəti Energetika naziri Natiq Əliyevə ünvanlayıb. Nazirliyin əməkdaşı da “Qaçqınkom”la əlaqə saxlayıb həmin binaya qaz xəttini çəkmək istədiyini bildiriblər. Onlar dedilər guya həmin bina özəlləşdirilib. Həmin binanı özəlləşdirən şəxsin kimliyi hələ müəyyən edilməyib və ora qaz xəttinin çəkilməsinə icazə vermir. Bizim qaz xəttinin çəkilməsi ilə heç bir əlaqəmiz yoxdur. Yaxşı olar ki, həmin ailə bizə müraciət göndərsin. Biz də həmin müraciəti “Azəriqaz” İstehsalat Birliyinə göndərək və tədbir görülsün”.

Geri qayıt