Əsas Səhifə > Güney Press, Şou-biznes > "Şahinin müalicəsi davam edir"

"Şahinin müalicəsi davam edir"


17-09-2016, 10:27
"Şahinin müalicəsi davam edir"
Bir müddətdir xərçəngdən əziyyət çəkən rejissor Şahin Zəkizadənin xəstəxanadan yeni fotosu yayılıb.

Axşam.az-ın məlumatına görə, şəkli rejissorun xanımı Səbinə paylaşıb.

O, müalicənin başladığını bildirib:

"Neçə gündən sonra Şahinin şəklini paylaşıram. Müalicəsi davam edir. Göydə Allah, yerdə sizin kimi gözəl insanların dualarıyla həyata davam edirik. Allahın izni ilə tez bir zamanda evinə, oğlu Seyid Əlizinin yanına qayıdacaq".

Qeyd edək ki, rejissorun müalicəsi üçün külli miqdarda pul tələb olunur. Eyni zamanda 1+ qan lazımdır.

"Şahinin müalicəsi davam edir"

Geri qayıt