Əsas Səhifə > Güney Press, Şou-biznes > Emin “Jara” festivalının 2017-ci ildə keçiriləcək vaxtını açıqlayıb

Emin “Jara” festivalının 2017-ci ildə keçiriləcək vaxtını açıqlayıb


10-09-2016, 10:17
Emin “Jara” festivalının 2017-ci ildə keçiriləcək vaxtını açıqlayıb
Müğənni-bəstəkar Emin “Jara” festivalının 2017-ci ildə keçiriləcək vaxtını açıqlayıb.

Axşam.az-ın məlumatına görə, festival iyulun 27-dən 30-na kimi baş tutacaq.

Dörd gün davam edəcək tədbirdə bir çox yerli və əcnəbi məşhurlar iştirak edəcəklər.

Festivala biletlər sentyabrın 12-dən satışa çıxarılacaq.

Qeyd edək ki, “Jara” festivalı ilk dəfə bu ilin iyulunda "Sea Breeze” istirahət mərkəzində baş tutmuşdu. Gecədə Rusiya şou-biznesinin tanınmış simaları iştirak etmişdi.

Emin açıqlamasında növbəti festivalda əcnəbi ulduzların da yer alacağını bildirib.

Geri qayıt