Əsas Səhifə > Güney Press, Şou-biznes > "Həmişə nazir müavinlərinə müraciət edirdim, bu dəfə sözümü nazirin özünə deyəcəm"

"Həmişə nazir müavinlərinə müraciət edirdim, bu dəfə sözümü nazirin özünə deyəcəm"


6-09-2016, 09:06
"Həmişə nazir müavinlərinə müraciət edirdim, bu dəfə sözümü nazirin özünə deyəcəm"
Gənc Tamaşaçılar teatrının aktyoru, əməkdar artist Vahid Əliyev uzun illər səhnədə külüng çaldığını, amma bunun müqabilində əməyinin qiymətləndirilmədiyini deyib.

Publika.az-a açıqlama verən aktyor haqqını tələb etmək üçün Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə müraciət edəcək:

“Gələn il 65 yaşım tamam olacaq. Sentyabrda nazirin qəbuluna gedib ona hər şeyi danışacam. Həmişə nazir müavinlərinə müraciət edirdim, bu dəfə sözümü nazirin özünə deyəcəm. Mən halal haqqımı istəyirəm. Uzun illərdir ki, səhnədə canımı qoymuşam, kəndbəkənd gəzib kolxozçular qarşısında çıxış etmişəm. 65 yaşım var, dünən səhnəyə çıxan müğənni iki mahnı oxuyub xalq artisti adını alırsa, illərboyu səhnədə can qoyan Vahid Əliyev əməkdar artist kimi bu dünyanı tərk eləsin? Bu,məni ağrıdır”.

Geri qayıt