Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > FETÖ işi-nə görə Bakıda kimlər cavabdehlik daşıyacaq?

FETÖ işi-nə görə Bakıda kimlər cavabdehlik daşıyacaq?


2-09-2016, 11:00
FETÖ işi-nə görə Bakıda kimlər cavabdehlik daşıyacaq?
DİA.AZ: - Məlum olduğu kimi, Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Artıq bu qəbildən müəyyən addımlar da atılıb.

Eyni zamanda Türkiyədə olan Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubovun məlum səfəri də ciddi şəkildə təqib olunmaqdadır. Həmin səfəri yerli mediaya şərh edən deputat Zahid Oruc DİN şefinin Türkiyədən əliboş gəlməyəcəyinə işarə edərək Azərbaycanda gülənçilərə qarşı ciddi təqibin də başlanacağını anons edib. Bildirək ki, belə bir dalğanın müşahidə olunacağını DİA.AZ olaraq xəbərləmişdik.

Bu gün isə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, aparılan araşdırmalar nəticəsində ilkin nəticələr müəyyən olunub. Yəni rəsmi Bakı təkcə Türkiyənin verdiyi faktlar üzrə hərəkət etməyəcək.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, konkret olaraq 30-a yaxın şirkətin Azərbaycandakı fəaliyyəti araşdırılır. Eyni zamanda Fətullah ceməsi ilə sıcaq münasibətləri sezilən bir bankı da araşdırmaya götürüblər.

Qaynağın dia.az-a açıqlamasında iddia etdikləri: "Bununla yanaşı, təxminən 45-50 orta ranqlı məmur və deputat da eyni qaydada təqibdədir. Yəni onların Gülən cameəsi ilə əlaqələrinin qətiliyi, mərhəmliyi araşdırma predmetidir".

Bu isə o deməkdir ki, yaxın günlərdə hansısa şirkətlərin fəaliyyətini dayandıracağını, eyni zamanda da kimlərinsə görəvdən alınıb, həbsə atılacağını da müşahidə edəcəyik.

Qeyd edək ki, artıq ANS telekanalı, "Qafqaz" universiteti və "Zaman" qəzeti FETÖ işi-nin Azərbaycan uzantısının qurbanlarından hesab olunur.

Geri qayıt