Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Daha bir sabiq məmur yenidən görəvə gətirilə bilər...

Daha bir sabiq məmur yenidən görəvə gətirilə bilər...


14-07-2016, 11:28
Daha bir sabiq məmur yenidən görəvə gətirilə bilər...
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov yeni vəzifə iddiasındadır. Bu barədə gundelik-baku.com-a mötəbər qaynaqlardan informasiya sızıb. Məlumatda qeyd olunur ki, keçmiş xidmət rəisi Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı təyin edilə bilər. Bu məqsədlə Arif Qaraşovun bütün əlaqələrini işə saldığı, hətta nüfuzlu şəxslərdən birinin yardımına baş vurduğu da bildirilir. O da qeyd edilir ki, sabiq məmura səbirli olmaq məsləhət bilinib. Yəni onun icra başçısı təyin olunmaq şansları yüksək qiymətləndirilir.

Qeyd edək ki, Xaçmazın hazırkı rəhbəri Şəmsəddin Xanbabayevdir. O 1939-cu il aprelin 1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. Əmək fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışıb. 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb. 23 oktyabr 2004-cü ildən isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır.

Geri qayıt