Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Riyaziyyat müəllimi nazirə müraciət etdi

Riyaziyyat müəllimi nazirə müraciət etdi


12-07-2016, 11:20
Riyaziyyat müəllimi nazirə müraciət etdi
Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 6 “A”, mənzil 1-də qeydiyyatda olan Məlikova Aygün Cəbil qızının (əlaqə telefonu: (051) 615-35-47) tezadlar.az-a təhsil naziri Mikayıl Cabbarova ünvanladığı müraciəti daxil olub.
Müraciətdə deyilir:

«Hörmətli cənab nazir!
Bildirmək istəyirəm ki, mən - Məlikova Aygün Cəbil qızı 1982-ci ildə Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 6 “A”, mənzil 1-də anadan olmuşam. 2003-cü ildə Bakı Dövlət Universitetinin riyaziyyat fakülitəsini bitirib, təyinatla Cəlilabad rayonunun Muğan kəndindəki orta məktəbdə riyaziyyat müəllimi kimi fəailiyyətə başlamışam. O vaxtdan indiyə kimi adı çəkilən orta məktəbdə müəllim işləyirəm.
Hörmətli cənab nazir!
Hazırda dörd uşaq anasıyam və dolanışığım çox pisdir. Rayonda müəllim işləyəndən öz yaxınlarımdan uzaq düşmüşəm. Bakıya qayıdıb orada yaxınlarımın yanında qalaraq məktəblərdən birində müəllimlik fəaliyyətimlə məşğul olmaq istəyirəm. Ümid edirəm ki, yaxınlarımın köməyi ilə dolanışığım normal vəziyyətə düşər. Bakıda 8 saylı internat məktəbində vakansiya var. Bundan başqa, Şüvəlan qəsəbəsindəki 156 saylı A.İldırım adına orta məktəbdə, həmçinin Mərdəkan qəsəbəsindəki 323 saylı məktəbdə müəllimlik vakansiyası var.
Sizdən xahiş edirəm ki, mənim Bakıda adı çəkilən məktəblərdən birində müəllim kimi işə başlamağım üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.
Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm».

Riyaziyyat müəllimi nazirə müraciət etdi

Geri qayıt