Əsas Səhifə > Güney Press, Reklam > Yay mövsümündə Azercell-lə rominq artıq daha sərfəli!

Yay mövsümündə Azercell-lə rominq artıq daha sərfəli!


22-06-2016, 13:37
Yay mövsümündə Azercell-lə rominq artıq daha sərfəli!
Azərbaycan mobil rabitə bazarının lideri Azercell Telekom öz abunəçilərinə sərfəli tarif paketləri və endirimli kampaniyalar təklif etməkdə davam edir.

Bu dəfə şirkət yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sevindirici yenilik təqdim edir. Belə ki, 21 iyun - 31 avqust 2016-cı il tarixlərində Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində Türkiyə,Avstriya, Belarus, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Portuqaliya və İspaniyada vahid rominq tariflərindən yaralana bilərlər.

Əlavə olaraq bildirək ki, rominqdə olan Azercell Fakturalı və Fakturasız xətt (SimSim) abunəçiləri Telefon Mərkəzinə zəng etdikdə, zəngin ilk 5 dəqiqəsini pulsuz danışırlar. Azercell, həmçinin, fakturalı xətt abunəçilərinə rominq xidmətlərinin aktiv edilməsi üçün tələb olunan depoziti ləğv edib. Bununla da bütün Azercell abunəçiləri istədikləri ölkəyə səfər etməzdən əvvəl rahat şəkildə rominq xidmətlərini aktiv edə bildilər. Rominq xidmətini aktiv etmək üçün isə mobil telefonlarınızdan *135*1#YES kodunu yığmaq lazımdı.

Azercell rominq xidmətindən istifadə edən abunəçiləri üçün maraqlı yeniliklər təqdim etməkdə davam edəcək.

Geri qayıt