Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Astara sakinindən Ramil Usubova müraciət

Astara sakinindən Ramil Usubova müraciət


10-06-2016, 11:43
Astara sakinindən Ramil Usubova müraciət
Astara rayon Şiəkəran kənd sakini Mirzəyeva Nuranə Hərif qızı Arqument.az-a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubova şikayət edib.

Müraciətdə deyilir:

"Hörmətli cənab nazir!

Mən Mirzəyeva Nuranə Hərif qızı 1974-cü ildə Astara rayon Şiəkəran kəndində anadan olmuşam. Təhsil aldıqdan sonra bir müddət rayon Mədəniyyət evində sonra isə Azərbaycan Dəmir Yolları" QSC-də qatar rəisi kimi çalışıram. Həyat yoldaşımdan boşandıqdan sonra beş yaşlı qızım Dənizlə birlikdə yaşayırıq. Sosial durumum elə də yaxşı deyil, hər ay 300 manat əmək haqqı alıram.

2013-cü ildə Kürdəxanı qəsəbəsinin yeni yaşayış massivində qəsəbə sakini İslamov Ruhulla Fətəli oğlundan ev tikmək üçün iki sot həyətyanı torpaq aldım. Bunun müqabilində R.İslamova 2400 manat pul verdim. R.İslamov mənə etibarnamə verdi. Sənəd Bakı şəhəri 14 saylı Notariat kontorunda xüsusi qaydada təsdiq edildi.

Məhəmmədi bələdiyyəsindən mənə bildirildi ki, evimə sənəd düzəltməliyəm. 2015-ci ilin dekabr ayında qatarda sərnişinim olan Ramiq adlı şəxs mənə bildirdi ki, anam Sevinc xanım Milli Məclisdə işləyir, həmişə xeyirxah işlərlə məşğul olur və o, sənin evinin sənədlərini düzəldə bilər. Mən də Ramiqə inandım. Elə oldu ki, Ramiq məni anası Sevinc xanımla tanış etdi. Sevinc xanım məndən evimin bütün sənədlərini aldı. Dedi ki, 1500 manat da pul verməlisən. Mən də ona inanıb 1000 manat pul verdim və belə anlaşdıq ki, 500 manatını isə sənətimi verəndə verəcəkdim. Dekabr ayından bu günə kimi Sevinc xanım nə sənədlərimi, nə də pulumu qaytarır. Dəfələrlə Sevinc xanımın yaşadığı Mircəlal küçəsi 52 – ünvanında yerləşən evində də oldum. Mənə yenə boş vəddlər verərək dedi ki, sənədlərini düzəldib verəcəyəm. Sonradan anladım ki, mən aldanmışam.

Hörmətli cənab nazir!

İndi isə Sevinc xanım məni hədələyərək deyir ki, məndən pulunu istəsən, səni işdən çıxartıracağam və evini də sökdürəcəyəm. Bununla bağlı 19-cu polis bölməsinə gedib şikayət etdim. Bölmədə mənim izahatımı alan olmadı. Dedilər ki, Sevinc xanım Bərdə sakini olduğu üçün Bərdəyə getməlisən. Mən də Bərdəyə getdim və Bərdə şəhər polis şöbəsində mənə dedilər ki, Bakıdan bizə göstəriş gəlməlidir ki, biz bu işə müdaxilə edək. Mən də Bərdə şəhərindən geri qayıtdım. Mən indi bilmirəm nə edim?! Sizdən xahişim odur ki, Sevinc xanımdan mənim evimin sənədlərini və pulumun alınması üçün müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz.

Öncədən sizə özüm və ailəm adından minnətdaram.

Hörmətlə: Mirzəyeva Nuranə Hərif qızı".

Astara sakinindən Ramil Usubova müraciət

Geri qayıt