Əsas Səhifə > Güney Press, Şou-biznes > Emin Filipp Kirkorovu Bakıya gətirir

Emin Filipp Kirkorovu Bakıya gətirir


10-06-2016, 10:24
Emin Filipp Kirkorovu Bakıya gətirir
Bu il Xəzər dənizi sahilində “Jara” adlı musiqi festivalı baş tutacaq.

Axşam.az-ın məlumatına görə, müğənni Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən konsert iyulun 9-da və 10-da baş tutacaq.

Ağalarovun sahibi olduğu “Sea Breeze” istirahət mərkəzində gerçəkləşəcək gecədə Rusiya şou-biznesinin tanınmış simaları, eləcə də xalq artisti Zülfiyyə Xanbabayeva səhnəyə çıxacaq.

Məlum olub ki, qonaqlar arasında Rusiyanın xalq artisti Filipp Kirkorov da yer alacaq. Bu haqda Filipp İnstarqam səhifəsində paylaşdığı videoda deyib.

O, “İsti olacaq, çünki orada mən olacam” deyə, vurğulayıb.

Emin isə “O, həqiqətən də olacaq və bu möhtəşəm olacaq” deyə, əlavə edib.



Geri qayıt