Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Samir Şərifovun daha bir işçisi hədəfdə

Samir Şərifovun daha bir işçisi hədəfdə


31-05-2016, 11:35
Samir Şərifovun daha bir işçisi hədəfdə
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Şamaxı rayonu Maliyyə İdarəsində yer almış çeşidli qanun pozuntularına dair açıqlamalar təqdim olunur. Bildirilir ki, qurumun rəhbəri Seyran Alcanov tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyalarının törədilməsi və sairə bu kimi neqativ hallara davamlı olaraq yol verilir. Hələ bir müddət əvvəl bizimdovr.az-a təqdim olunan açıqlamalarda qeyd olunmuşdu ki, Şamaxı rayonunun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də tam həcmdə ünvanyönlü xərclənmir. Belə ki, Seyran Alcanov rəvac verdiyi müxtəlif maxinasiyalar vasitəsilə bu vəsaitlərin külli-miqdarda mənimsənilməsinə yol açır. Bu xüsusda yeni aldığımız məlumatlarda da vurğulanır ki, yuxarı instansiyalara təqdim olunan hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir. Yerli mənbələr tərəfindən xüsusi olaraq qeyd olunur ki, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Şamaxı rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə, həm də qərəzli şəkildə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Həmçinin daxil olan məlumatlarda Seyranın Alcanov Şamaxınınv bəzi dövlət idarələrində rəhbər vəzifələrdə çalışan məmurlarla əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair maraqlı açıqlamalar təqdim olunmaqdadır. İddialara görə, Şamaxı rayon Maliyyə idarəsinə rəhbərlik edən Seyran Alcanov özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Bəzi mənbələr isə, israrla belə bir məqamı da vurğulayırlar ki, məlumatlarda bəhs olunan nöqsanlardan bir çoxu müxtəlif vaxtlarda Maliyyə Nazirliyi tərəfindən aparılmış yoxlamalar zamanı aşkar olunsa da, nədənsə təqsirkarların cəzalandırılması istiqamətində bu günədək konkret addımlar atılmayıb.

Təbii ki, əlaqədar instansiyaların problemlərə belə yanaşma tərzi bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də dövlət vəsaitlərini külli miqdarda mənimsənilməsi hallarının daha da artmasına səbəb olur. Rəhbərləri “xüsusi imtiyazlardan” yararlanan maliyyə idarələrinin bir çoxu isə müəyyən vasitələrlə bütün yoxlama və təftişlərdən yayınmağa müvəffəq ola bilirlər. Aldığımız məlumatlardan belə qənaətə gəlmək olur ki, Şamaxı rayon Maliyyə İdarəsinin rəisi də bu istiqamətdə müəyyən qabaqlayıcı tədbirlər görə bilmişdir. Belə ki, qeyri qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət sayəsində Seyranın Alcanov daha yuxarı instansiyalarda yerləşmiş bəzi korrupsioner məmurlar arasında özünə himayədarlar tapa bilmişdir. Məhz elə bu himayədarların sayəsində də idarə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalaya bilib.

Şamaxı rayon Maliyyə İdarəsinin fəaliyyətilə bağlı bizimdovr.az-a daxil olmuş yeni məlumatlarda isə vurğulanır ki, hazırda Seyran müəllim rayonda fəaliyyət göstərən əksər idarə, müəssisə, habelə büdcə təşkilatları rəhbərlərinə qəti tapşırıq verib ki, onun icazəsi olmadan işə bircə adam belə qəbul edilməməlidir. Eyni zamanda da hamıya xəbərdarlıq edilib ki, bu qadağanı pozan məmurun rəhbərlik etdiyi qurum maliyyə idarəsi tərəfindən ciddi və obyektiv yoxlamaya məruz qoyulacaq. Başqa sözlə desək, Seyran Alcanov faktiki olaraq rayonda işədüzəltmə məsələlərində əsil monopoliya yaradıb. Bunun isə, birbaşa maliyyə məsələlərinə aid olan bir səbəbi var. Məlumdur ki, rayonlarda bir çox büdcə təşkilatlarının rəhbərləri öz qohumlarının adını “ölü canlar” qismində işə yazdırıb, sonra da onların əmək haqqlarını mənimsəyirlər. O cümlədən, Şamaxı rayonunun müəssisə və qurumları da belə maxinasiyalardan xali deyillər. Maliyyə İdarəsinin müdiri isə, bundan xəbər tutduqdan sonra həmin işə götürənlərə şərik olmaq qərarına gəlib. Belə ki, açıqlamalara görə Şamaxının maliyyə şefi müəssisə rəhbərlərinin bu yolla mənimsədikləri əmək haqlarının yarısını özünə istəyir. Əks təqdirdə, Seyran Alcanov yoxlama aparacağı ilə qarşı tərəfi hədələyir. Şamaxıdakı qaynaqlarımız isə, bu fikirdədirlər ki, məhz Maliyyə Nazirliyinin rayonda yaranmış vəziyyətə liberal münasibəti Seyran Alcanov tərəfindən törədilən yeni-yeni özbaşınalıqlara rəvac vermiş olur.

Geri qayıt