Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Daha bir dövlət qurumu ləğv olunur

Daha bir dövlət qurumu ləğv olunur


26-05-2016, 10:38
Daha bir dövlət qurumu ləğv olunur
DİA.AZ: - Bu günlərdə dah bir dövlət qurumunun ləğv edilməsi gözlənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbədən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, yaxın günlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Müdafiə Nazirliyinə birləşdirilməsi gözlənilir.

Dia.az xatırladır ki, əslində sözügedən qurum keçmiş nazir Səfər Əbiyevin vaxtında nazirlikdən ayrılmışdı və bu illər ərzində görünəni də odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti "yuxarıları" qane etmədiyindən yenidən səfərbərlik siyasətinin Müdafiə Nazirliyinin nəzarətinə qaytarılması ideyası gündəmə gəlib.

Geri qayıt