Əsas Səhifə > Güney Press, Şou-biznes > "Bəzən insanı o həddə çatdırırlar ki, adam istəyir özünü öldürsün"

"Bəzən insanı o həddə çatdırırlar ki, adam istəyir özünü öldürsün"


20-05-2016, 12:31
"Bəzən insanı o həddə çatdırırlar ki, adam istəyir özünü öldürsün"
Müğənni Nadir Qafarzadə “Özümü asırdım” adlı yeni mahnısını təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu mövzuya müraciət etməsinin səbəbini açıqlayıb:

“Bir müddət öncə Bakıda kim intihar etmək istəyirdisə, körpününü üstünə çıxırdı. Adi insanlar da intihar etmək istəyən şəxsin videosunu çəkib, sosial şəbəkədə paylaşırdı. Bir müğənni kimi bu cür halları pisləyirəm. Məhz buna görə də yeni mahnımda bu mövzuya toxunmaq qərarına gəldim. Düşünürəm ki, yaşamaq, mübarizə aparmaq lazımdır. Bəzən insanı o həddə çatdırırlar ki, adam istəyir özünü öldürsün. Açıq deyirəm, mən də illər öncə intihar etmək istəmişəm. Amma ailəmi, övladlarımı düşünüb bu addımdan geri çəkilmişəm. Çünki həyat yaşamağa dəyər”.


Geri qayıt