Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Masallı sakini Mehriban xanım Əliyevadan kömək istədi

Masallı sakini Mehriban xanım Əliyevadan kömək istədi


17-05-2016, 11:26
Masallı sakini Mehriban xanım Əliyevadan kömək istədi
DİA.AZ: - Masallı rayonu Şərəfə kənd sakini Həsənova İsmət Süleyman qızı Heydər Əliyev fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Yazıb sizə bildirirəm ki, 2009-cu il təvəllüdlü oğlum Həsənov Ayhan Hakim oğlu kəskin leykoz xəstəsidir. O, 2015-ci il dekabr ayının 26-dan E. Eyvazov adına ET Hematologiya və Transfuziologiya instutunda müalicə olunur.

Övladımın müalicə olunub sağalmasından ötrü bütün əmlakımı satmışam. Artıq heç nəyim qalmayib. Qohumlarımdan da çoxlu borc almışam. Onun həftəlik ximoterapiyasi üçün lazım olan dərmanlar aşağıdakilardir:

ASPİRGİNAZA 1 FLAKONU 95-105 AZN.

METETRİKSAT,
RUBOMETSİN,
VİNGRİSTİN,
ÇİTAZAR,
PURİ-NETHOL,
HEPARLIX,MERPRİN
VƏ SAİR.

Bütün bu dərmanları almağa artiq maddi imkanım çatmır”.

Daha sonar Masallı sakininin dia.az-a daxil olan müraciətində deyilir: “Yazib sizdən xahiş edirəm ki, övladımın müalicə olunub sağalması üçün lazım olan dərmanların alınmasına və lazım olan digər xərclərin ödənilməsinə, ümumiyətlə, övladımın fondun himayəsinə götürülməsinə köməklik göstərəsiniz”.

Geri qayıt