Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Elmed" rəhbərindən el-obası şikayət edir...

"Elmed" rəhbərindən el-obası şikayət edir...


2-05-2016, 11:08
"Elmed" rəhbərindən el-obası şikayət edir...
DİA.AZ: - Cəbrayıl rayonundan olan bir qrup məcburi köçkün rayona uzun illər rəhbərlik etmiş və bir müddət əvvəl işdən çıxarılan icra başçısı Mahmud Quliyevin əməlləri ilə bağlı DİA.AZ-a müraciət edib. Sakinlər bildirirlər ki, M.Quliyevin rəhbərliyi altında Biləsuvarda yerləşən və məcburi köçkünlərin yaşadığı 11 qəsəbədə görünməmiş hadisələr baş verib. Belə ki, icra başçısının birbaşa iştirakı ilə rayon xəstəxanası üçün bahalı tibbi aparatlar alınıb. Hətta İsraildən dəyəri 1 milyon yarım manat olan müasir cihazlar alınıb. Lakin bu tibbi avadanlıqlar Biləsuvardakı Cəbrayıl rayon xəstəxanasına gətirilməyib və M.Quliyevə məxsus olan “Elmed” klinikasına yerləşdirilib.

DİA.AZ-a daxil olan müraciətdə qeyd edilib ki, klinika sabiq icra başçısına məxsus olsa da, onun böyük qardaşı olan Məhərrəm Quliyevin oğlu Ramilin adınadır.

Narazı sakinlər onu da bildiriblər ki, rayonda M.Quliyevin rəhbər olduğu müddətdə iki məktəbin tikintisinə pul ayrılsa da, faktiki olaraq həmin məktəblər yoxdur.

O da qeyd edilir ki, M.Quliyev ələ keçirdiyi külli miqdarda dövlət vəsaitini qardaşı Hümmət Səfərov vasitəsi ilə idarə edib və onun nəhəng biznesinə qardaşı rəhbərlik edir.

Geri qayıt