Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Eldar Mahmudovun qohumunun rəhbərlik etdiyi kollec yoxlanılır

Eldar Mahmudovun qohumunun rəhbərlik etdiyi kollec yoxlanılır


28-04-2016, 11:53
Eldar Mahmudovun qohumunun rəhbərlik etdiyi kollec yoxlanılır
Qazax Dövlət Sosial-İqtisad Kollecində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi haqqında iddia yayılıb.

Dia.az Azinforum.az-a istinadən xəbər verir ki, kollecinin direktoru Elşad Quluyevun havadari və yaxn qohumu sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova arxalanaraq, son 10 ildə Kollecə vurdugu külli miqdarda ziyanın miqyası milyon manatlarla hesablanır.

Bu barədə ölkə ictimaiyyətinə məlumat verdikdən sonra Maliyyə Nazirliyi Qazax Kollecinin fəaliyyətini yoxlamağa qərar verib.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi hazırda Elşad Quluyevin 3 illik fəaliyyətini təftiş edir. Kollec direktorunun etdiyi maxinasiyalar hüquq-mühafizə orqanlarının ən yüksək səviyyədə diqqətini cəkib. Əldə etdiyimiz məlumatlarda bildirilirdi ki, adıçəkilən kollecin direktorunun 10 illik rəhbərliyi dövründə həyata kecirdiyi maxinasiyalardan və əlavə qazanc mənbələrindən biri neftlə bağlıdır. Belə ki, təkcə yanacaq maxinasiyasının izinin illərə dayandığı iddia olunur.

Yoxlama zamanı məlum olub ki, direktor havadarlarına arxalanaraq hər gün şəxsi ehtiyacları üçün yanacaq israf edib, hesabını isə kollecin hesabından köcürmə yoluyla ödəyib. Bunu aşkar etmək üçün təhsil müəssisəsinin bank hesabı yoxlanıb və saxtakarlıq sübut olunub.

Olmayan nəqliyyat vasitələrinə silinən yanacağın miqdarı isə daha çoxdur. Guya kollecin kollektivi hansısa tədbirlərə aparılıb. Məzlum tələbələr isə adi bayram tədbirlərinin üzünə belə həsrətdilər.

Azinforum.az-ın məlumatına görə, Kollecin kollektivi direktorun əməllərinə cavab vermək istəmir. Bu üzdən direktordan müfəttişlərə həqiqəti söyləməyi tələb edirlər.

Son illərdə havadarı Eldar Mahmudova arxalanaraq, dövlət əmlakını talayan Elşad Quluyev artıq arxasız qaldıgını anlayıb. Havadarı iş başından götürüldükdən sonra isə qanunsuzluqları gizlətmək mümkün olmayıb. Eldar Mahmudov vəzifədə olarkən təhsil naziri belə Elşad Quluyevə „gözün üstdə qaşın var" deyə bilməyib. Indi isə vəziyyət dəyişib. Kollecin kollektivi direktorun əməllərinə görə cavab vermək istəmir. Bu üzdən hər şeyi etiraf etməyi direktordan tələb edirlər.

10 il ərzində qanunsuz tələbə qəbulundan yığılan, dərsə gəlməyən tələbələrdən alınan rüşvətdən, Kollecə ayrılan dövlət vəsaitinin talan edilməsindən topladığı pullar hesabına qurduğu dəbdəbəli həyat şəraiti ətraflı araşdırmaya başlanılıb və onun Bakı şəhərində aldıgı mənzillərin, Gürcüstanda, Türkiyədə qurduğu biznes şəbəkəsinin izinə düşülüb. Eldar Mahmudov çetesinin topladıgı maliyyə vəsaitinin xaricə köcürülməsində Elşad Quluyevin rolunun olub-olmaması da araşdırma mövzusu ola bilər.

Cox yaxın günlərdə Eldar Mahmudov çetesinin Qazax rayonunda fəaliyyət göstərən qrupunun əməlləri barədə ətraflı məlumat vərəcəyik.

Geri qayıt