Əsas Səhifə > Güney Press, Reklam > Küləklər şəhərində sürət yarışı

Küləklər şəhərində sürət yarışı


15-03-2016, 11:01
Küləklər şəhərində sürət yarışı
“Formula 1 Avropa Qran Prisi jurnalistlərin gözü ilə” müsabiqəsi ən məşhur və ən bahalı motor-idman yarışını Sizin gözünüzdən tanıtmaq üçün möhtəşəm bir şansdır. Biz ümid edirik ki, Siz təqdim edəcəyimiz mövzular üzrə yazdığınız məqalələrlə müsabiqəyə qatılaraq öz təəssüratlarınızı bizimlə bölüşəcək və Formula 1 motor-idman mədəniyyətinə dairanlayışın yayılmasına öz töhfənizi verəcəksiniz. Bu müsabiqəailələri, iş icmalarını, gələcəyin idmançılarını, mühəndis tələbələri, elmi işçiləri, incəsənət sevərləri və kimliyindən asılı olmayaraq ölkənin dörd bir yanından olan ictimaiyyətinövbəti 5 il ərzində Azərbaycanda keçiriləcək bu nəhəng idman yarışında fəal iştiraka səsləyənməqalələrinizi təqdim edəcəyiniz böyük platformadır. Odur ki, daha nəyi gözləyirsiniz? Elə bu gün müsabiqəmizə qatılın!
Müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqəyə Azərbaycanda yaşayan və işləyən bütün jurnalistlərin qatılmaq hüququ var. Müsabiqədə iştirak etmək üçün azı 21 yaş tələb olunur.
Məqalələrin təfsilatı
Məqalə Azərbaycan, İngilis və ya Rus dilində yazılmalıdır. Məqalənin uzunluğu 400 sözdən az və 600 sözdən çox olmamalıdır.
Müsabiqə mövzuları
• Bakı Şəhər Halqası
• Döngələr və tribunalar
• Yarış hazırlığı
• Komandalar, pilotlar və məşhurlar
• Formula 1 Avropa Qran Prisinin rəsmi elçiləri
• Formula 1 Avropa Qran Prisinə ev sahibliyi edən şəhərin üstünlükləri
Müsabiqənin müddəti
Məqalələrin son təhvil verilmə tarixi 15 aprel 2016-cı ildir. Təhvil verilmiş məqalələr münsiflər heyəti tərəfindən dəqiqliklə qiymətləndirildikdən sonra müsabiqənin qalibləri22 aprel 2016-cı il tarixində elan olunacaq.
Müsabiqənin münsiflər heyəti
Bütün məqalələr aşağıdakı münsiflər tərəfindən qiymətləndiriləcək:
• Rəhim Əliyev, Formula 1 Avropa Qran Prisinin Rəsmi Elçisi
• Nigar Arpadarai, Formula 1 Avropa Qran Prisinin Milli Mətbuat Katibi
• Səmayə Məmmədova, Gənclər və İdman Nazirliyinin Mətbuat Katibi
Müsabiqəyə necə qatılmaq olar?
Müsabiqəyə qatılmaq üçün yazdığınız məqalənin hər hansı bir mətbu orqanda çap olunmuş və ya internet səhifəsində yayımlanmış nüsxəsini (elektron şəkil formasında) ən geci 15 aprel tarixində olmaqla [email protected] elektron poçt ünvanına “Küləklər şəhərində sürət yarışı” başlığı ilə göndərməyiniz xahiş olunur.
Mükafatlar
• Müsabiqədə birinci yeri tutmuş jurnalist 2016 Formula 1 Avropa Qran Prisinə yarış həftəsonunun hər üç günü üçün keçərli olacaq2 biletlə təmin olunacaq
• Müsabiqədə ikinci yerə yiyələnmiş jurnalist Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən üzərində şirkətin loqosunun əks olunduğu dəyərli hədiyyələrlə mükafatlandırılacaq
• Müsabiqənin ən yaxşı beş məqaləsini yazan jurnalistlər sertifikatla təltif olunacaqlar

Geri qayıt