Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Mirzəcan Xəlilov üçün seçiciləri axtarış elan etdi...

Mirzəcan Xəlilov üçün seçiciləri axtarış elan etdi...


8-03-2016, 15:53
Mirzəcan Xəlilov üçün seçiciləri axtarış elan etdi...
DİA.AZ: - Sosial şəbəkələrdə Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən deputat seçilmiş Mirzəcan Xəlilov barəsində seçiciləri tərəfindən maraqlı "axtarış elanı" verilib. DİA.AZ olaraq həmin elanın mətnini təqdim edirik:

"Fotoda gördüyünüz bu şəxs Sumqayıt 41 saylı 1-ci seçki dairəsindən mandat "qazanmış" Mirzəcan Xəlilovdur. Uzun illrin seçki mübarizəsindən sonra, nəhayət ki, 2015-ci il növbəti parlament seçkilərində ""bəxti" üzünə güldü.....! Bu şəxsin üzü gülsə də seçiciləri ağlar günə qalıb. Seçiciləri ilə görüşündə populist vədlər verməsinə baxmayaraq, hal-hazırda seçicilərin gözünə görünmür.

Məhəllə sakinləri görənlərdən Mirzəcan Xəlilovun axtarılaraq tapılmasında yardımçı olmalarını xahiş edirlər. Bu şəxsi sonuncu dəfə boya-başa çatdığı Sabirabad rayon ərazisində görüblər. Onun növbəti görüntüsü, Bakı-Quba yolunun 130-cu kilometrliyində olub. Məlumat verən şəxsin anonimliyinə zəmanət verilir".

Dia.az bildirir ki, həqiqətən də Mirzəcan Xəlilov parlament seçkilərindən sonra bir dəfə də olsun 41 saylı 1-ci seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirməyib. Yəqin bua görədir ki, artı səbri tükənmiş seçicilər də deputatlarını "facebook" elanları vasitəsilə tapmaq fikrinə düşüblər...

Hörmətli deputatın da fikirlərini dia.az olaraq işıqlandırmağa hazırıq...

Geri qayıt